Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    İqtisadiyyat

    DSMF 2025-ci ildə sosial ödənişlərin artırılması və 2026-cı il hədəflərini açıqlayıb

    15 Yanvar 2026 16:37
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2025-ci ildə həyata keçirdiyi sosial müdafiə tədbirlərinin nəticələri və 2026-cı il üzrə hədəflərinə dair mətbuat konfransı keçirilib.

    AzerVoice xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat verib.

    Fondun İdarə Heyətinin sədri Zəka Mirzəyev Prezident cənab İlham Əliyevin sosial sahəyə xüsusi qayğısının nəticəsi olaraq ötən il ölkəmizdə növbəti, 2018-ci ildən isə beşinci sosial islahat zərfinin reallaşdırıldığını vurğulayıb.

    O bildirib ki, 3 milyon vətəndaşı əhatə edən və illik əlavə olaraq 1,4 milyard manat vəsaitin ayrıldığı bu islahat zərfi çərçivəsində ötən il əməkhaqları ilə yanaşı, pensiya, müavinət və təqaüdlərin də artırılması təmin edilib. Keçən ilin əvvəlindən pensiyalar 8,1 faiz indeksləşdirilərək artırılıb və 1,1 milyon pensiyaçını əhatə edən bu artımlar üçün illik əsasda 520 milyon manat vəsait ayrılıb. Həmçinin fərdi şəxsi hesablardakı pensiya kapitalları 2,2 faiz indeksləşdirilərək artırılıb. Ötən il fevralın 1-dən isə minimum pensiya 14,3 faiz artırılaraq 280 manatdan 320 manata çatdırılıb.

    Zəka Mirzəyev həmçinin sosial islahat paketi çərçivəsində müavinət və təqaüdlərdə edilən artımları, dövlətimizin başçısının Sərəncamı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 2025-ci il 30 dekabr tarixinə ünvanlı sosial yardım alan ailələrə 200 manat birdəfəlik maddi yardım ödənildiyini də diqqətə çatdırıb.

    2025-ci ildə Fondun xərclərinin əvvəlki ilə nisbətən 9 faiz və ya 629 milyon manat artaraq 7,5 milyard manat təşkil etdiyi qeyd olunub. Orta aylıq pensiyanın ötən il daha 9 faiz artaraq 543 manata, o cümlədən yaşa görə orta aylıq pensiyanın 578 manata çatdığı, pensiyalarda artım dinamikasının bu il də davam edəcəyi vurğulanıb.

    Sosial ödənişlərin proaktiv təyinatı, DSMF-nin fəaliyyət sahələrində innovativ həllərin tətbiqi, rəqəmsal transformasiyanın dərinləşdirilməsi istiqamətində ötən il görülmüş işlər diqqətə çatdırılıb. Fondun builki xərcləri və hədəfləri barədə də media nümayəndələrinə məlumatlar verilib, onların sualları cavablandırılıb.

    DSMF 2025-ci ildə sosial ödənişlərin artırılması və 2026-cı il hədəflərini açıqlayıb
    DSMF 2025-ci ildə sosial ödənişlərin artırılması və 2026-cı il hədəflərini açıqlayıb
    #Azərbaycan #Bakı #Prezident İlham Əliyev #Hikmət Mirzəyev #Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyi #DSMF #Dövlət Sosial Müdafiə Fondu #ƏƏSMN #Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    ICESCO-nun Baş direktoru Prezident İlham Əliyevə məktub ünvanlayıb

    12 Fevral 2026 13:05

    DSMF-nin gəlirləri yanvarda 755 milyon manata çatdı: Proqnoz 26 faiz üstələndi

    12 Fevral 2026 12:03

    "Balkan qəssabı" ləqəbi ilə tanınan keçmiş Yuqoslaviya prezidentinin məhkəmə prosesi başladı

    12 Fevral 2026 02:00

    Tramp və Netanyahu Ağ Evdə bir araya gəldi: Masada İran və Qəzza var

    11 Fevral 2026 22:17

    Rusiya Dövlət Dumasında Telegram-ın bloklanması qalmaqal yaradıb

    11 Fevral 2026 22:00

    Malayziya səfirliyində azərbaycanlı tələbələr üçün yeni təhsil imkanları müzakirə olunub

    11 Fevral 2026 21:47

    Avropa Parlamenti Qərbi azərbaycanlıların yurdlarına qayıdışını dəstəkləməlidir

    11 Fevral 2026 21:24

    Rusiyada təhsil müəssisəsinə silahlı hücum olub

    11 Fevral 2026 20:22

    Klaud Heqi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

    11 Fevral 2026 18:40

    Prezident İlham Əliyev: Dünyada nadir ölkələrdənik ki, dünyanın aparıcı güc mərkəzləri ilə artıq imzalanmış strateji tərəfdaşlıq formatında çalışırıq

    11 Fevral 2026 18:11

    Prezident İlham Əliyev: Bizi Xəzər dənizinin Şərq sahilləri ilə birləşdirəcək fiber-optik kabelin çəkilişi layihəsi icra edilir, ümid edirəm ki, bu il başa çatacaq

    11 Fevral 2026 18:06

    Prezident İlham Əliyev: ABŞ Hökuməti ilə Azərbaycan Hökuməti arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası tarixi sənəddir

    11 Fevral 2026 17:39
    XƏBƏR LENTİ

    Türkiyənin D-8 idxalı azalıb, ixrac isə yüksəlib (ÖZƏL)

    SOCAR-ın qaz hasilatı 1,4 faiz artıb

    Güclü külək Fransada 850 min evi işıqsız qoyub

    Dövlət Komitəsi Çağrı Mərkəzini istifadəyə verib

    Bu il 1336 nəfər Dövlət Məşğulluq Agentliyinin peşə kurslarına cəlb olunub

    Energetika naziri İranın ölkəmizdəki səfirini qəbul etdi

    Kəpəz BOKT 1 milyon manatlıq istiqraz yerləşdirib

    Finca Azerbaijan 1 milyon dollarlıq istiqraz yerləşdirib

    Vecon Consulting 300 illik tarixi olan nəhəng şirkətlə müqavilə imzalayıb

    Mərkəzi Bankın 10 milyonluq notları yerləşdirilib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.