Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    Avropa güc dilində danışmağı öyrənməlidir - Almaniya kansleri

    29 Yanvar 2026 18:50
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI,AzerVoice, Orxan Qədirzadə

    Yeni qlobal nizamda Avropanın maraqlarını qorumaq üçün birlik və güc amili ön plana çəkilir.

    AzerVoice xəbər verir ki, Almaniya kansleri Fridrix Merts yanvarın 29-da Bundestaqda çıxışı zamanı Avropa ölkələrini daha sıx həmrəyliyə və güclü siyasi mövqeyə çağırıb. Kanslerin sözlərinə görə, formalaşmaqda olan yeni dünya nizamında Avropa yalnız özünü güc mərkəzi kimi təqdim etdiyi təqdirdə maraqlarını qoruya biləcək.

    Fridrix Merts bildirib ki, dünya getdikcə böyük güclərin dominant olduğu bir sistemə doğru irəliləyir və Avropa bu reallığın “sərt küləyini” artıq hiss edir. Onun fikrincə, Avropa beynəlxalq hüquq və əməkdaşlıq prinsiplərinə sadiq qalmaqla yanaşı, güc amilini də nəzərə almalıdır.

    Kansler Avropanın qarşısında duran üç əsas prioriteti vurğulayıb. Birinci istiqamət təhlükəsizlik məsələsidir. Merts qeyd edib ki, Avropa öz təhlükəsizliyinə daha çox məsuliyyət götürməli, texnoloji və hərbi asılılıqları, o cümlədən ABŞ-ın nüvə təhlükəsizlik çətirindən asılılığı tədricən azaltmalıdır.

    İkinci əsas istiqamət iqtisadi rəqabət qabiliyyətidir. Kansler Avropa ilə ABŞ və Çin arasında iqtisadi artım tempində yaranan fərqin dərinləşdiyini qeyd edərək, bu tendensiyanın dəyişdirilməsinin vacibliyini vurğulayıb.

    Üçüncü mühüm amil kimi Avropa birliyi önə çəkilib. Merts Qrenlandiya ətrafında yaranmış gərginliyi misal gətirərək, Avropanın vahid mövqeyinin ABŞ Prezidenti Donald Trampın Avropa İttifaqı ölkələrinə qarşı rüsum təhdidlərindən geri çəkilməsində rol oynadığını bildirib. Onun sözlərinə görə, birlik beynəlxalq müstəvidə real güc faktorudur.

    Çıxışında ABŞ-la münasibətlərə də toxunan Almaniya kansleri Vaşinqtonla tərəfdaşlığın davam edəcəyini bildirsə də, Almaniyanın siyasi baxımdan ABŞ-a tabe olmayacağını vurğulayıb. O, Əfqanıstan missiyası ilə bağlı ABŞ rəhbərliyinin bəzi açıqlamalarını tənqid edərək, bu əməliyyatda həlak olan alman hərbçilərin xidmətinin əhəmiyyətini xüsusi qeyd edib.

    Merts həmçinin Avropanın xarici iqtisadi siyasətdə yeni tərəfdaşlıqlara ehtiyac duyduğunu bildirib, Avropa İttifaqının Mercosur ölkələri ilə sazişini və Hindistanla ticarət razılaşmasının əhəmiyyətini önə çəkib.

    #Almaniya kansleri: Avropa güc dilində danışmalıdır #Fridrix Merts Avropanı birliyə və gücə çağırdı #Merts: Avropa yeni dünya nizamında güc mərkəzi olmalıdır #Almaniya kansleri təhlükəsizlik və iqtisadiyyatda dəyişiklik çağırışı etdi #Merts ABŞ-dan asılılığın azaldılmasını vacib saydı #Avropanın gələcəyi güc və birlikdən asılıdır – Merts #Almanya Şansölyesi: Avrupa güç dili konuşmalı #Friedrich Merz Avrupa’yı birlik ve güce çağırdı #Merz: Avrupa küresel güç olmalı #Almanya’dan ABD’ye bağımlılık mesajı #Merz Avrupa güvenliğinde yeni yaklaşım çağrısı yaptı #Avrupa’nın geleceği güç ve birlikle şekillenecek
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Nipah virusu Hindistanda narahatlıq yaradıb: region ölkələri hava limanlarında nəzarəti gücləndirir

    29 Yanvar 2026 19:19

    Avropa güc dilində danışmağı öyrənməlidir - Almaniya kansleri

    29 Yanvar 2026 18:50

    Rusiya və BƏƏ liderləri Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

    29 Yanvar 2026 17:32

    Avropa ABŞ gömrük rüsumlarına qarşı özünü qoruya bilər - Merts

    29 Yanvar 2026 17:19

    İsrail ordusu Qəzzada 70 min fələstinlinin öldüyünü ilk dəfə etiraf etdi

    29 Yanvar 2026 14:13

    Çin Myanmada yerləşən dəstələrlə əlaqəsi olan 11 cinayətkarı edam edib

    29 Yanvar 2026 12:30

    Venesuela ordusu və polisi prezident Rodriqesə sadiqlik andı içdi

    29 Yanvar 2026 12:30

    Aİ SEPAH-ı terror siyahısına sala bilər - Kallas

    29 Yanvar 2026 12:08

    Məhəmməd bin Salman Riyadda Hillari Klintonu qəbul etdi

    29 Yanvar 2026 10:52

    Avropada sərt miqrasiya siyasəti fonunda İspaniya 500 min miqrantı leqallaşdırır

    29 Yanvar 2026 04:00

    Moskva Suriyada əldə olunan irəliləyişi alqışlayır

    28 Yanvar 2026 22:35

    ABŞ-ın regionumuzdan çıxmasının vaxtı çatıb - SEPAH komandanı

    28 Yanvar 2026 22:18
    Demo
    XƏBƏR LENTİ

    Nipah virusu Hindistanda narahatlıq yaradıb: region ölkələri hava limanlarında nəzarəti gücləndirir

    Avropa güc dilində danışmağı öyrənməlidir - Almaniya kansleri

    Niyə bəzi insanlarla qanımız dərhal qaynayır? – Ruhların qədim dostluğu

    Bilal Ərdoğan gəlir mənbəyi ilə bağlı sualı cavablandırıb

    Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsinin bir qrup əməkdaşını təltif edib

    Dövlət Gömrük Komitəsinin dörd əməkdaşına ali xüsusi rütbə verilib

    Rusiya və BƏƏ liderləri Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

    Azərkosmos yeni Anlaşma Memorandumu imzalayıb

    Avropa ABŞ gömrük rüsumlarına qarşı özünü qoruya bilər - Merts

    İpoteka və Kredit Zəmanət Fondunun zəmanəti ilə sahibkarlara 684 milyon manat kredit verilib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.