Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    Rusiya və Fransa saxlanılan şəxsləri mübadilə edib

    8 Yanvar 2026 22:24
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    Rusiya və Fransa arasında saxlanılan şəxslərin mübadiləsi həyata keçirilib. Fransa ərazisində ABŞ-ın tələbi ilə saxlanılan rusiyalı basketbolçu Daniil Kasatkin Rusiyada məhkum olunmuş fransız politoloq Loran Vinate ilə dəyişdirilib.

    AzerVoice xəbər verir ki, məlumatı Rusiya Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə Əlaqələr Mərkəzi yayıb. Kasatkinin vəkili Frederik Belo basketbolçunun gecə saatlarında həbsxanadan azad edildiyini, təyyarə ilə Moskvaya çatdığını təsdiqləyib.

    Loran Vinate isə Kasatkinin Rusiyaya qayıtdığı eyni təyyarə ilə Fransaya göndərilib. Fransa Prezidenti Emmanuel Makron politoloqun artıq vətəninə çatdığını açıqlayıb.

    Kasatkin 21 iyun 2025-ci ildə Parisin Şarl-de-Qoll hava limanında ABŞ hakimiyyətinin sorğusu əsasında saxlanılmışdı. ABŞ-da o, 2020–2022-ci illərdə zərərli proqramlardan istifadə etməklə təxminən 900 şirkətə, o cümlədən iki federal quruma qarşı kiberhücumlar həyata keçirməkdə ittiham olunan haker şəbəkəsi ilə əlaqədə şübhəli bilinirdi. Basketbolçu ittihamları rədd etmişdi.

    Oktyabr ayında Paris Apellyasiya Məhkəməsi onun ABŞ-a ekstradisiyasını təsdiqləmişdi. ABŞ-da Kasatkinə 25 ilədək həbs cəzası təhlükəsi var idi.

    Loran Vinate 2024-cü ilin iyununda Moskvada saxlanılıb. O, Rusiya və Mərkəzi Asiya üzrə ekspert kimi çalışıb və 2014-cü ildən Cenevrədə yerləşən beynəlxalq humanitar təşkilatla əməkdaşlıq edib. Rusiya istintaqının versiyasına görə, Vinate ölkədə hərbi fəaliyyət və səfərbərliklə bağlı məlumatlar toplayıb.

    2024-cü ilin iyununda o, xarici agentlər reyestrinə daxil edilib. Oktyabrda məhkəmə Vinate-ni xarici agent öhdəliklərindən yayınmaqda təqsirli bilib və üç il azadlıqdan məhrum edib. Daha sonra ona qarşı casusluq maddəsi ilə yeni cinayət işi açılıb.

    19 dekabr tarixində Rusiya Prezidenti Vladimir Putinlə birbaşa xətt zamanı fransız jurnalistin sualını cavablandıran dövlət başçısı Vinate ilə şəxsən tanış olmadığını, lakin məsələni qanun çərçivəsində araşdıracağını bildirmişdi. Daha sonra Kremlin mətbuat xidməti Rusiya və Fransa arasında bu məsələ üzrə təmasların aparıldığını təsdiqləyib.

    FSB-nin məlumatına görə, mübadilədən əvvəl Prezident Putin Loran Vinate-nin əfv edilməsi barədə sərəncam imzalayıb.

    Russia France detainee exchange, prisoner swap Moscow Paris, Russian athlete detained at Charles de Gaulle, French political analyst freed Russia, international prisoner exchange Europe

    #Rusiya və Fransa saxlanılan şəxsləri mübadilə etdi #Moskva və Paris arasında məhbus mübadiləsi baş tutdu #Rusiyalı basketbolçu fransız politoloqla dəyişdirildi #Moskva–Paris xəttində məhbus mübadiləsi #Rusya ve Fransa tutukluları takas etti #Moskova ile Paris arasında tutuklu değişimi #Rus basketbolcu Fransız siyaset bilimciyle takas edildi #Rusya–Fransa hattında tutuklu takası #İki ülke arasında dikkat çeken esir değişimi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Səudiyyə Ərəbistanında kadr islahatı: Kral Salmandan şok təyinatlar - Kəşfiyyat rəhbəri də dəyişdi

    13 Fevral 2026 07:29

    İranla bir ay ərzində razılıq əldə oluna bilər – Tramp

    13 Fevral 2026 07:22

    Banqladeşdə səsvermə başa çatıb, sayım başlayıb

    12 Fevral 2026 21:08

    Böyük Britaniya Ukraynaya 1000 ədəd çoxməqsədli raket göndərəcək

    12 Fevral 2026 20:10

    Epstein sənədlərində MİT-in Suriyada ABŞ-a qarşı əməliyyatı barədə məlumat verilib

    12 Fevral 2026 18:38

    Çin Venesuela neftinin idxalını bərpa edib

    12 Fevral 2026 17:26

    Suriya Səudiyyə Ərəbistanı ilə münasibətlərin möhkəmliyini bir daha təsdiqlədi

    12 Fevral 2026 13:06

    İŞİD-in Suriya prezidentinə qarşı sui-qəsd planı ifşa edildi

    12 Fevral 2026 10:58

    ABŞ İranla bağlı ikinci aviadaşıyıcının Yaxın Şərqə göndərilməsini nəzərdən keçirir

    12 Fevral 2026 09:59

    ABŞ-ın Suriyadakı hərbi mövqelərində dəyişiklik

    12 Fevral 2026 09:24

    Somalidən İsrailə sərt cavab: "Somalilend" qərarı ləğv ediləcək

    12 Fevral 2026 08:04

    Tramp və Netanyahu Ağ Evdə bir araya gəldi: Masada İran və Qəzza var

    11 Fevral 2026 22:17
    XƏBƏR LENTİ

    Rolls-Roycenin yapon rəqibi: Century brendi qloballaşır

    Porschenin elektrikli Boxster və Cayman modelləri ləğv edilə bilər

    Səudiyyə Ərəbistanında kadr islahatı: Kral Salmandan şok təyinatlar - Kəşfiyyat rəhbəri də dəyişdi

    İranla bir ay ərzində razılıq əldə oluna bilər – Tramp

    Dollar zəifləyir: Tramp bunu risk deyil, strategiya sayır

    Bu gün Kipr Türk Federe Dövləti elan edildi

    13 Fevral: Şimali Kipr Türk Cumhuriyyətinin Elanı, Erzincan Zəfəri və Dresden Cəhənnəmi - Tam Xronika

    “Bir Elin Manifesti” müsabiqəsinin qalibləri mükafatlandırıldı

    Ərdoğan Vuçiçlə mətbuat konfransında Türkiyənin Balkan regionuna verdiyi önəmdən danışıb

    Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanəti Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.