Bakı, AzerPress:
Yuxuda ziyafət verdiyinizi görsəniz, bu yuxu xeyir və bərəkət toplanacağına dəlalət edir.
Əgər yuxu sahibi yuxuda bir neçə nəfəri yığıb onlara ziyafət verdiyini və israfçılıqla yedirtdiyini görərsə, bu yuxu onun insanların üzərində başçı olacağına işarədir.
Yuxuda ziyafət süfrəsində bir şey yediyinizi görmək yaxşılığa və ruziyə işarə edir.
Əgər subay kişi yuxuda süfrədən yemək yediyini və su içdiyini görsə, bu yuxu yaxşı və şərəfli bir qadınla evlənəcəyinə dəlalət edir.