Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Cəmiyyət

    Dövlət Komitəsinin sədri Qobustanda yerləşən dini ibadət yerlərinin fəaliyyəti ilə tanış olub

    27 Yanvar 2026 09:14
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI,AzerVoice

    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov yanvarın 26-da Qobustan şəhərində yerləşən “Cümə” və “Heydər” məscidlərini, həmçinin “Diri Baba” türbəsini ziyarət edib.

    AzerVoice xəbər verir ki, dini ibadət yerlərində yaradılmış şəraitlə tanış olan Ramin Məmmədov din xadimləri ilə görüşlər zamanı ölkədə dövlət-din münasibətlərinin sağlam əsaslar üzərində qurulduğunu, bu sahədə Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xəttin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. O, milli-mənəvi dəyərlərin qorunması, tolerantlıq və qarşılıqlı hörmət mühitinin möhkəmləndirilməsinin cəmiyyətin sabit inkişafında mühüm rol oynadığını qeyd edib.

    Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun tarixi-mədəni irsin, milli-mənəvi dəyərlərin qorunması, o cümlədən dini ibadət yerləri və maddi-mədəniyyət abidələrinin bərpası istiqamətindəki mühüm layihələr barədə danışan Komitə sədri bu təşəbbüslərin çoxmillətli, çoxkonfessiyalı ölkəmizdə multikulturalizm ənənələrinin möhkəmlənməsinə böyük töhfələr verdiyini deyib.

    Dini müxtəlifliyin düzgün təbliğinin cəmiyyətdə ayrı-seçkilik və qarşıdurma yaratmaq cəhdlərinin qarşısının alınmasında vacib amil olduğunu bildirən Ramin Məmmədov maarifləndirici layihələr, o cümlədən dini qurumlarla əməkdaşlığın gücləndirilməsinin zəruriliyinə toxunub. Vurğulayıb ki, din xadimləri insanların mənəvi tərbiyəsində və milli-mənəvi dəyərlərin aşılanmasında xüsusi məsuliyyət daşıyırlar. İbadət evlərinə müntəzəm səfərlərin əsas məqsədi onların fəaliyyəti ilə yerində tanış olmaq, həmçinin qarşıda duran prioritetlər barədə fikir mübadiləsi aparmaqdır.

    Din xadimləri Azərbaycan dövlətinin tolerantlıq və multikulturalizm siyasətinin cəmiyyətin bütün təbəqələri, o cümlədən dini icmalar tərəfindən dəstəkləndiyini, dini-mənəvi dəyərlərin qorunması və inkişafı məqsədilə həyata keçirilən tədbirlərdə bundan sonra da fəal iştirak etməyə hazır olduqlarını diqqətə çatdırıblar.

    Dövlət Komitəsinin sədri Qobustanda yerləşən dini ibadət yerlərinin fəaliyyəti ilə tanış olub
    Dövlət Komitəsinin sədri Qobustanda yerləşən dini ibadət yerlərinin fəaliyyəti ilə tanış olub
    Dövlət Komitəsinin sədri Qobustanda yerləşən dini ibadət yerlərinin fəaliyyəti ilə tanış olub
    Dövlət Komitəsinin sədri Qobustanda yerləşən dini ibadət yerlərinin fəaliyyəti ilə tanış olub
    #Heydər Əliyev Fondu #Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi #Mehriban Əliyeva #Ramin Məmmədov #din xadimləri ilə görüş #dövlət-din münasibətləri #Qobustan şəhərində yerləşən Cümə və Heydər məscidləri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Dövlət Komitəsinin sədri Qazaxıstan səfiri ilə görüşüb

    18 Fevral 2026 14:54

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Tiranada MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak ediblər

    18 Fevral 2026 09:53

    Qafqaz Müsəlmanları İdarəsində Qərbi Azərbaycan İcması ilə görüş keçirilib

    16 Fevral 2026 23:11

    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollegiya iclası keçirilib

    16 Fevral 2026 18:59

    Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib

    16 Fevral 2026 18:23

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Şuşa məscidi üçün hazırlanan dairəvi əl xalçasının kəsilməsi mərasimində iştirak edib

    12 Fevral 2026 17:39

    Dövlət Komitəsi Çağrı Mərkəzini istifadəyə verib

    12 Fevral 2026 15:54

    “Hər məsciddə kitabxana” layihəsi Bakı şəhərində davam etdirilib

    10 Fevral 2026 15:23

    Leyla Əliyeva Bakıda dünyaşöhrətli fotojurnalist Reza Deqatinin “Yüksələn işıq” sərgisini ziyarət edib

    10 Fevral 2026 13:48

    “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalı Qəbələdə başa çatıb

    9 Fevral 2026 12:58

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alena Əliyeva Gəncə Autizm Mərkəzi ilə tanış olublar

    8 Fevral 2026 22:07

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alena Əliyeva Gəncə şəhər 45 nömrəli xüsusi ümumtəhsil məktəbində olublar

    8 Fevral 2026 21:34
    XƏBƏR LENTİ

    Aeroport şosesində gecə saatlarında hərəkət məhdudlaşdırılacaq

    Dövlət Komitəsinin sədri Qazaxıstan səfiri ilə görüşüb

    Türkiyə Qəzza ilə bağlı mövqeyini ABŞ-də açıqlayacaq

    Hörmüz boğazı bağlandı: Tehran və Moskvadan ABŞ-a hərbi mesaj - dəniz təlimləri başlayır

    Baltik dənizində mənfi 5 dərəcədə uçuş: Bayraktar TB3 NATO təlimində uğurla sınaqdan keçib

    CHP-yə meydanı boş buraxmayacağıq - Ərdoğan

    Türkiyənin Aliağa limanı 2026-cı ilin yanvarında 6 milyon tondan çox yük qəbul edib (ÖZƏL)

    İnşaat Kollecinə yeni direktor təyin olunub

    Ankara Vaşinqton və Tehranla intensiv təmasdadır - Ərdoğan

    Hyundai 2026 Kona modellərini geri çağırır: Sükan sistemində təhlükəli səhv

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.