Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    Qəzzaya 14 ton yardım hava yolu ilə çatdırılıb

    1 Avqust 2025 16:42
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Almaniya, Fransa və İordaniya aclıq böhranı ilə üzləşən Qəzza zolağına ümumilikdə 34 palet və təxminən 14 ton yardım göndərib. Yardım əməliyyatı hava yolu ilə həyata keçirilib. Eyni zamanda, İnsan Haqları İzləmə Təşkilatı (Human Rights Watch) İsrailin hücumlarına əlavə olaraq aclığı da bir silah kimi istifadə etdiyini bəyan edib.

    AzerVoice xəbər verir ki, təşkilatın açıqlamasında bildirilib: “ABŞ tərəfindən dəstəklənən İsrail qüvvələri qüsurlu yardım bölgüsü sistemini həyata keçirərək bu yardımları gündəlik qətliamlara çevirir.”

    Almaniya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, İordaniya Haşimi Xeyriyyə Təşkilatı (JHCO) tərəfindən təqdim edilən 34 paletlik və 14 tonluq yardım bu gün baş tutan iki ayrı hava əməliyyatı ilə Qəzzaya çatdırılıb. Yardım bağlamalarında əsasən ərzaq, dərman və uşaq südü tozu yer alıb.

    Almaniyanın müdafiə naziri Boris Pistorius açıqlamasında bildirib ki, “Qəzzada ərzaq və dərman çatışmazlığı var. Aralarında uşaqların da olduğu çox sayda insan sağ qalmaq uğrunda mübarizə aparır. Hava yolu ilə edilən yardımlar yalnız ehtiyacların kiçik bir hissəsini qarşılayır. Mənim gözləntim odur ki, İsrail aylarla ağır iztirab çəkən Qəzza əhalisi üçün genişmiqyaslı humanitar yardım təmin etsin.”

    Almaniya Xarici İşlər Nazirliyinin rəsmisi Johann Wadephul isə qeyd edib ki, havadan edilən yardımlar quru yolu ilə çatdırılan yardımların əvəzini verə bilməz.

    “Kifayət qədər yardım ancaq quru yolu ilə insanlara çata bilər. Buna görə İsrail hökumətini Birləşmiş Millətlər və beynəlxalq yardım təşkilatlarına təhlükəsiz giriş və ilk növbədə təhlükəsiz bölgü imkanı yaratmağa çağırırıq.” - deyə o bildirib.

    Uçuşların izlənməsi platforması Flightradar24-ün məlumatına görə, cümə günü günorta saatlarında Almaniya Hava Qüvvələrinə məxsus iki A400M hərbi-nəqliyyat təyyarəsi Fransa və İspaniyaya məxsus təyyarələrlə birlikdə Qəzzaya yardım paketləri atıb və daha sonra Ürdünə geri dönüb.

    Qeyd edək ki, İsrail Qəzza zolağına BMT-nin humanitar yardımını dayandırıb və iki aydan çox müddətə yardım ləvazimatlarının ölkəyə girişini qadağan edib. Bu, bölgədə davam edən ərzaq və ilkin tələbat mallarının qıtlığına səbəb olub.

    Beynəlxalq ictimaiyyətin tənqidindən sonra işğalçı İsrail hökuməti İsrail və ABŞ-ın dəstəklədiyi Qəzza Humanitar Vəqfinin (GHF) bölgəyə yardım paylayacağını açıqlayıb.

    Lakin mayın 27-də GHF-nin yardım səyləri başladığından bəri İsrail yardım məntəqələrində toplaşan fələstinli mülki vətəndaşlara atəş açaraq qırğınlarını davam etdirir. Fələstin Səhiyyə Nazirliyi dünən verdiyi açıqlamada yardım paylanması zamanı həlak olan fələstinlilərin sayının 1330-a, yaralıların sayının isə 8818-ə yüksəldiyini açıqlayıb.

    #Qəzza #Almaniya #Qəzza zolağı #BMT #Fransa #Qəzza hücumu #Qəzza münaqişəsi #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #ABŞ-İsrail ortaq strategiyası #Qəzzada humanitar böhran #Qəzza sakinlərinin köçü #Qəzzanın bərpası 2025 #İsrail və Qəzza münaqişəsi #İsrail ABŞ Qəzza yardımı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyənin Fransaya sement satışı geriləyib (ÖZƏL)

    15 Fevral 2026 14:00

    İsrail ordusu Qəzzada atəşkəs rejimini növbəti dəfə pozub

    14 Fevral 2026 12:38

    Fələstin xalqının məhvinə son qoyulmalıdır - Aİ

    14 Fevral 2026 12:00

    Avropanın iqtisadi və təhlükəsizlik problemlərində Pekin günahkar deyil - Çin

    14 Fevral 2026 10:49

    Fransa bazarında Türkiyə tekstilinə tələbat zəifləyib (ÖZƏL)

    14 Fevral 2026 10:00

    BMT maliyyə böhranı təhlükəsi ilə üz-üzə qalıb

    13 Fevral 2026 12:43

    Güclü külək Fransada 850 min evi işıqsız qoyub

    12 Fevral 2026 16:05

    İŞİD-in Suriya prezidentinə qarşı sui-qəsd planı ifşa edildi

    12 Fevral 2026 10:58

    NATO Qrenlandiyada mövqeyini gücləndirir

    12 Fevral 2026 10:38

    Elm bərabərliklə güclənir, qızların elmdə yolu açılmalıdır - Mətanət Ağamirli

    11 Fevral 2026 17:21

    İsrailin Qərb Sahilində addımları beynəlxalq hüquqa ziddir - BMT

    11 Fevral 2026 12:46

    İndoneziya Qəzzaya ordu göndərir: 8 minədək hərbçi hazırlıqlara başlayıb

    10 Fevral 2026 14:37
    XƏBƏR LENTİ

    Bu gün Putinin sərt tənqidçisi Aleksey Navalnı həbsxanada vəfat edib

    Bu gaün arxeoloq Hovard Karter firon Tutanxamunun dəfn kamerasını açıb

    Navalnının ölümü, iqlim protokolu və fironun oyanışı: 16 Fevral Dosyesi

    İranın "kölgə lideri" Müctəba Xamenei: Atasının yerinə ən güclü namizəd

    Yaxın zamanlarda Belqrad və Bakı arasında birbaşa uçuşlar açılacaq - Vuçiç

    Serbiya prezidenti Azərbaycana səfər edəcək

    Ramazan 2026: Oruc ibadəti haqqında bilməli olduğumuz zəruri hökmlər

    Z nəslinə özəl: Cübran Xəlil Cübran fəlsəfəsi bir neçə dəqiqədə

    Azərbaycanın Zirə bölgəsindən ixrac edilən kənd təsərrüfatı məhsulları çox ləzizdir - Vuçiç

    Prezident İlham Əliyev: Serbiyaya təbii qazın ixracının həcmini artıracağıq

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.