BAKI, AzerVoice
İsrail Hərbi Hava Qüvvələri Livana hava zərbəsi endirib.
AzerVoice xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, hava zərbəsi nəticəsində "Hizbullah"ın yüksək rütbəli komandiri Əli Əbd əl-Qadir İsmail öldürülüb. Zərbə Livanın cənubundakı Bint-Cəbbayl bölgəsinə endirilib.
Bildirilib ki, İsmail “Hizbullah”ın terror potensialının bərpasında iştirak edib və onun fəaliyyəti İsrail ilə Livan arasında atəşkəsə dair razılaşmaların “kobud şəkildə pozulması” hesab olunur.
Xatırladaq ki, iyulun 17-də "Hizbullah"ın silahlı qolunun "Radvan" elit dəniz qüvvələri bölməsinin komandiri Həsən Əhməd Sabr, İsrailin Livana endirdiyi hava zərbəsi nəticəsində öldürülmüşdü. Zərbə Livanın Kfur yaşayış məntəqəsi ərazisinə endirilmişdi.