Əsas səhifə » Putinlə görüş üçün konkret gündəlik vacibdir - Zelenski

Putinlə görüş üçün konkret gündəlik vacibdir - Zelenski

BAKI, AzerVoice

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinlə mümkün görüşə dair yeni açıqlama verib.

AzerVoice xəbər verir ki, o, belə bir görüşün baş tutması üçün əvvəlcədən razılaşdırılmış konkret gündəliyin zəruri olduğunu bildirib.

Zelenski görüşün yalnız liderlər səviyyəsində deyil, həm də real nəticələr doğuracaq şəkildə planlaşdırılmalı olduğunu vurğulayıb.

“Belə bir görüş üçün konkret gündəlik, yəni liderlər səviyyəsində hansı mövzuların müzakirə ediləcəyi əvvəlcədən müəyyən olunmalıdır. Artıq qarşı tərəf bu barədə danışmağa başlayıb. Bu isə görüş formatına doğru irəliləyişin göstəricisidir” – deyə Zelenski bildirib.

Zelenskinin sözlərinə görə, Rusiya ilə münaqişənin diplomatik yolla həlli məhz bu cür birbaşa dialoqdan keçməlidir.

Xatırladaq ki, 23 iyulda keçirilmiş Rusiya-Ukrayna danışıqlarının üçüncü raundunun ardından, hər iki tərəf arasında hüquqi sənədlərlə bağlı mövqelərin hələ də fərqli olduğu açıqlanıb. Görüş zamanı tərəflər hərbi və mülki əsirlərin qarşılıqlı dəyişdirilməsi barədə razılıq əldə edib.

Digər Kateqoriyalar

2025 © Azervoice