Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    Tailand və Kamboca arasında atəşkəs əldə olunub

    25 İyul 2025 19:49
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Kamboca baş naziri Hun Manet, ölkəsi ilə Tailand arasında baş verən sərhəd toqquşmalarından sonra Malayziya baş naziri Ənvər İbrahimin təklif etdiyi atəşkəsi qəbul etdiklərini açıqlayıb.

    AzerVoice xəbər verir ki, bu barədə Hun Manet "Facebook" sosial şəbəkəsində məlumat verib.

    Məlumata görə, o, Tailandla sərhəddə baş verən qarşıdurmalardan sonra Ənvər İbrahimlə telefon danışığı aparıb. Ənvər İbrahim tərəfləri dərhal atəşkəsə çağırıb və Hun Manet onun bu təklifini qəbul edib.

    Baş nazir həmçinin bildirib ki, Ənvər İbrahim Tailandın müvəqqəti baş naziri Phumtam Veçayacay ilə də danışıb və onun da atəşkəs təklifini qəbul etdiyini bildirib.

    Bununla belə, Hun Manet əlavə edib ki, Tailand tərəfi atəşkəsin qüvvəyə minməsi üçün əvvəlcə müəyyənləşdirilmiş tarix və vaxtdan imtina edib və daha sonrakı bir tarixi nəzərdə tutub.

    “Tailand və Kamboca arasında hazırkı silahlı qarşıdurmanın həll yolu Tailand tərəfinin atəşkəsi qəbul etməkdə iradə göstərməsindən keçir” - deyə, o bildirib.

    Qeyd edək ki, cənub-şərqi Asiyada yerləşən Tailand və Kamboca arasında uzun müddətdir ərazi mübahisəsi baş verir.

    Sərhəd razılaşmasının pozulması səbəbindən mayın 28-də bölgədə qısa müddətli qarşıdurma baş vermiş, hər iki ölkənin ordusu problemin dinc yolla həlli barədə razılığa gəlmişdi.

    Tailand isə Kamboca ilə sərhəddəki bütün nəzarət məntəqələrinin Banqkok tərəfindən idarə olunacağını açıqlamışdı.

    Təxminən iki ay sonra, dünən baş vermiş yeni qarşıdurmalarda Kambocada bir, Tailandda isə 14 nəfərin həlak olduğu bildirilib. Hər iki ölkə bölgədən minlərlə insanı təxliyə etdiyini bəyan edib.

    Tərəflər ilk atəşi kimin açdığı barədə bir-birini günahlandırır.

    #Malayziya #Tailand #Ənvər İbrahim #Kamboca #atəşkəs #Tayland-Kamboca sərhəd gərginliyi #Kamboca ordusu #Kamboca Müdafiə Nazirliyi #Kamboca-Tailand münasibətləri #Phumtam Veçayacay #Kamboca və Tailand arasında sərhəd insidentləri #Kamboca-Tailand sərhədində silahlı toqquşma #Kamboca ərazisində baş verən mina partlayışı #Tailand və Kamboca arasında mübahisəli ərazi #Kamboca əsgərinin ölümü ilə başlayan toqquşmalar #Hun Manet
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Çin Myanmada yerləşən dəstələrlə əlaqəsi olan 11 cinayətkarı edam edib

    29 Yanvar 2026 12:30

    Azərbaycanın turizm imkanları Tailandda tanıdılıb

    22 Yanvar 2026 09:51

    Ərdoğan Malaziyanın Baş naziri ilə görüşüb

    8 Yanvar 2026 15:21

    Malayziya Baş naziri Türkiyəyə rəsmi səfər edəcək

    6 Yanvar 2026 17:33

    Tailand və Kamboca arasında atəşkəs bu gündən qüvvəyə minir

    27 Dekabr 2025 10:25

    Tayland ordusu Kamboca sərhədində hava atəşinə başlayıb

    26 Dekabr 2025 12:51

    Kamboca-Tayland sərhədində davam edən toqquşmalarda həlak olanları sayı 100-ə çatır

    25 Dekabr 2025 11:38

    ASEAN Tayland–Kamboca sərhəd böhranı ilə bağlı təcili toplantı keçirir

    22 Dekabr 2025 11:12

    Tailand Kamboca ilə sərhəddə atəşkəs ehtimalını istisna etmir

    21 Dekabr 2025 14:38

    Kamboca və Tailand sərhədində döyüşlər səbəbindən təxliyələr davam edir

    21 Dekabr 2025 11:41

    Kamboca ilə Tailand arasında sərhəd toqquşmalarında ölən mülki şəxslərin sayı 17-yə çatıb

    17 Dekabr 2025 15:13

    Səudiyyə Ərəbistanı və Malayziya XİN rəhbərləri ikitərəfli əlaqələri müzakirə ediblər

    17 Dekabr 2025 12:59
    XƏBƏR LENTİ

    Ramazan 2026: Oruc ibadəti haqqında bilməli olduğumuz zəruri hökmlər

    Z nəslinə özəl: Cübran Xəlil Cübran fəlsəfəsi bir neçə dəqiqədə

    Türkiyənin dəri ixracında azalma, İrana satışda artım (ÖZƏL)

    "Kurtlar Vadisi Irak" filmi Avropada niyə qadağan olundu?

    Prezident İlham Əliyevin Belqradda rəsmi qarşılanma mərasimi olub

    Yanvarda Diyarbəkir aeroportunda uçuş və yük göstəriciləri geriləyib (ÖZƏL)

    Türkiyə mebel ixracında Rusiya bazarı zəifləyib (ÖZƏL)

    Prezident İlham Əliyev Serbiyaya rəsmi səfərə gəlib

    Yanvar ayında Türkiyədən Misirə avtomobil ixracı 17 milyon dolları keçib (ÖZƏL)

    Yanvarda Trabzon Hava Limanı 254 mindən çox sərnişin qəbul edib (ÖZƏL)

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.