BAKI, AzerVoice
Türkiyənin Milli Müdafiə Nazirliyi (MSB) 25 iyul 2025-ci il tarixində İsgəndərun Dəniz Əsgəri Təlim Alayı Komandanlığında baş verən hadisə ilə bağlı rəsmi açıqlama yayıb.
AzerVoice xəbər verir ki, açıqlamada bildirilir ki, təməl hərbi təlimdə olan əsgərlərdən Muhafız Er Hayrullah Halit Karaman və İkmal Er Semih Ərdoğan şəhid olub.
Nazirliyin məlumatına görə, ümumilikdə yeddi əsgər yüksək hərarət və susuzluq şikayəti ilə əvvəlcə hərbi hissədəki Birinci Dərəcəli Tibbi Müayinə Mərkəzinə aparılıb, daha sonra xəstəxanaya təxliyə olunub. Tibbi müdaxilələrə baxmayaraq, Karaman və Ərdoğanın həyatını xilas etmək mümkün olmayıb.
İlkin otopsiya hesabatında onların aşırı maye itkisi (dehidratasiya) nəticəsində qanda sodyum səviyyəsinin yüksəlməsi və çoxsaylı orqan çatışmazlığı səbəbilə vəfat etdikləri müəyyən edilib.
MSB açıqlamasında, xəstəxanada müalicəsi davam edən beş əsgərin ümumi sağlamlıq vəziyyətlərinin yaxşı olduğunu, hadisə ilə bağlı inzibati araşdırma başlandığını da qeyd edib.