Əsas səhifə » İyun ayında Türkiyədən Yunanıstana elektrik avadanlıqları ixracı 27 milyon dolları keçib (ÖZƏL)

İyun ayında Türkiyədən Yunanıstana elektrik avadanlıqları ixracı 27 milyon dolları keçib (ÖZƏL)

BAKI, AzerVoice

Türkiyə 2025-cü ilin iyun ayında Yunanıstana elektrik avadanlıqları ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 7,3 faiz azalaraq, 27 milyon 714 min 96 dollara çatdırıb.

Bu barədə AzerVoice-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – iyun aylarında Türkiyədən Yunanıstana elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 50,8 faiz artaraq, 221 milyon 697 min 20 dollara bərabər olub.

“Bu ilin iyun ayında Türkiyə 1 milyard 277 milyon 269 min dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin iyun ayı ilə müqayisədə 7,5 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (iyun 2024-iyun 2025) Türkiyə 17 milyard 164 min 529 dollar məbləğində elektrik avadanlıqları ixrac edib.

Digər Kateqoriyalar

2025 © Azervoice