Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    Fransa Fələstini dövlət kimi tanımaq qərarı alıb

    25 İyul 2025 13:25
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Fələstin müstəqil dövlət kimi tanınsaydı, 7 oktyabr hadisəsi olmazdı.

    AzerVoice xəbər verir ki, bu barədə Bronxteyn İsrail radiosuna müsahibəsində bildirib.

    Bronxteyn beynəlxalq ictimaiyyətin 40 ildir İsrail-Fələstin probleminin iki dövlətli həll yolunu müzakirə etdiyini bəyan edərək, Fransanın Fələstini tanımaq qərarının “terrorizmi təşviq etdiyi” ittihamlarına reaksiya verib.

    "Bəlkə də Fələstin dövləti olmadığı üçün 7 oktyabr oldu. Qəzzada Fələstin suverenliyi olsaydı, 7 oktyabr da olmazdı"- deyə o qeyd edib.

    Makron bu barədə iyulun 25-də X sosial şəbəkəsində paylaşım edərək, Fransanın Yaxın Şərqdə davamlı və ədalətli sülhə sadiqliyini bir daha vurğulayıb.

    “Fələstin dövlətinin qurulması, onun yaşamaq qabiliyyətinin təmin edilməsi və demilitarizasiyanı qəbul edərək İsraili tanıması regionda təhlükəsizlik üçün əsas şərtdir. Bu məsələdə alternativ yoxdur,” – deyə Makron bildirib.

    O, həmçinin qeyd edib ki, münaqişənin dayandırılması üçün dərhal atəşkəsə, bütün girovların azad olunmasına və Qəzza zolağına genişmiqyaslı humanitar yardımın göstərilməsinə ehtiyac var. Prezident, qərarını təsdiqləyən rəsmi məktubu Fələstin Muxtariyyətinin Prezidenti Mahmud Abbasa da təqdim edib.

    Fransa liderinin bəyanatı Fələstin rəsmiləri tərəfindən alqışlanıb. Fələstin rəhbərliyinin yüksək vəzifəli nümayəndəsi Hüseyn əl-Şeyx bildirib ki, bu mövqe Fransanın beynəlxalq hüquqa və fələstinlilərin öz müqəddəratını təyinetmə hüququna sadiqliyini nümayiş etdirir.

    HƏMAS da Fransanın addımını “müsbət və doğru istiqamətli bir qərar” kimi qiymətləndirərək digər ölkələri də bu yolu izləməyə çağırıb.

    İsrail isə Fransa rəhbərliyinin bu mövqeyinə kəskin etiraz edib.

    “7 oktyabr terror hücumundan sonra Fələstin dövlətinin tanınması terrora mükafat verməkdir”- deyə Netanyahu bildirib.

    O əlavə edib ki, “indiki şəraitdə tanınacaq bir Fələstin dövləti İsrailin məhvini hədəfləyən tramplin ola bilər”.

    ABŞ dövlət katibi Marko Rubio da Fransa qərarını “məsuliyyətsiz və təhlükəli” adlandıraraq rəsmi Vaşinqtonun bu yanaşmanı qəti şəkildə rədd etdiyini bildirib.

    Böyük Britaniyanın Baş naziri Kir Starmer isə qərarla bağlı Fransa və Almaniya liderləri ilə fövqəladə məsləhətləşmə aparacağını deyib. O, bildirib ki, fələstinlilərin dövlət qurmaq hüququ toxunulmazdır və atəşkəs bu istiqamətdə irəliləyiş üçün imkan yarada bilər.

    #Fələstin #Qəzza zolağı #Fransa #HƏMAS #Emmanuel Makron #Yaxın Şərq #terror #Qəzza hücumu #Yaxın Şərq münaqişəsi #Qəzza münaqişəsi #Yaxın Şərq siyasəti #İsrail hücumları #Humanitar fəlakət Qəzza #İsrail və HƏMAS müharibəsi #İsrail-HƏMAS atəşkəsi #İsrail 7 Oktyabr hücumu #7 Oktyabr HƏMAS hücumu #7 Oktyabrda İsraildə nə baş verdi?
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrail təhlükəsizlik tədbirlərini sərtləşdirib

    16 Fevral 2026 14:14

    Türkiyənin ədliyyə naziri Fələstinlə bağlı mövqeyini açıqlayıb

    16 Fevral 2026 13:52

    İsrailin Livanda endirdiyi zərbə nəticəsində 4 nəfər həlak olub

    16 Fevral 2026 10:02

    Türkiyənin Fransaya sement satışı geriləyib (ÖZƏL)

    15 Fevral 2026 14:00

    İsrail ordusu Qəzzada atəşkəs rejimini növbəti dəfə pozub

    14 Fevral 2026 12:38

    Fələstin xalqının məhvinə son qoyulmalıdır - Aİ

    14 Fevral 2026 12:00

    Avropanın iqtisadi və təhlükəsizlik problemlərində Pekin günahkar deyil - Çin

    14 Fevral 2026 10:49

    Fransa bazarında Türkiyə tekstilinə tələbat zəifləyib (ÖZƏL)

    14 Fevral 2026 10:00

    Türkiyə və İordaniya Fələstin məsələsini müzakirə edib

    13 Fevral 2026 14:56

    Güclü külək Fransada 850 min evi işıqsız qoyub

    12 Fevral 2026 16:05

    ABŞ İranla bağlı ikinci aviadaşıyıcının Yaxın Şərqə göndərilməsini nəzərdən keçirir

    12 Fevral 2026 09:59

    İsrailin Qərb Sahilində addımları beynəlxalq hüquqa ziddir - BMT

    11 Fevral 2026 12:46
    XƏBƏR LENTİ

    Prezident İlham Əliyevin Serbiyaya səfəri başa çatıb

    Türkiyənin polad ixracında Qazaxıstan istiqamətində ciddi azalma (ÖZƏL)

    İsrail təhlükəsizlik tədbirlərini sərtləşdirib

    Türkiyənin ədliyyə naziri Fələstinlə bağlı mövqeyini açıqlayıb

    Xaricdə təhsil üzrə dövlət proqramına müraciətlər apreldə başlayır

    Qalatasaray Çempionlar Liqasında Yuventusu qəbul edəcək

    Prezident İlham Əliyev Aleksandar Vuçiç ilə qeyri-rəsmi səhər yeməyində iştirak edib

    İspaniya üçün yeni seçim KAAN ola bilər

    Tehran ədalətli nüvə danışıqlarına hazırdır - Laricani

    Mediada boşanmaqla bağlı yalan məlumat yayanlar həbs ediləcək

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.