Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    Suriyada atəşkəs güc yolu ilə əldə olunub - Netanyahu

    17 İyul 2025 18:19
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Suriyanın cənubunda atəşkəs İsrailin intensiv hərbi əməliyyatları nəticəsində güc yolu ilə əldə edilib və Suriya qoşunları Dəməşqə geri çəkilməyə məcbur qalıb.

    AzerVoice xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu açıqlama verib.

    O, İsrailin Dəməşqin cənubundakı ərazilərin demilitarizasiyası istiqamətində aydın siyasət yürütməyə davam etdiyini bildirib.

    “İsrailin intensiv fəaliyyəti nəticəsində atəşkəs əldə olundu və Suriya ordusu Dəməşqə çəkildi. Bu, güc yolu ilə əldə olunmuş bir atəşkəsdir. Biz yeddi cəbhədə güc yolu ilə sülh, güc yolu ilə sakitlik, güc yolu ilə təhlükəsizlik yaradırıq” - deyə, o qeyd edib

    “Biz Suriyaya dair iki cür siyasət formalaşdırmışıq. Colan təpələrindən Cəbəl əd-Druz bölgəsinə qədər olan ərazinin silahsızlaşdırılması və Suriyadakı druzların müdafiəsi” - deyə, Baş nazir əlavə edib.

    Netanyahu, 13 iyul tarixində baş verən hadisələrdən sonra İsrail Müdafiə Ordusuna druzları qorumaq üçün qətiyyətli şəkildə hərəkət etməyi əmr etdiyini də qeyd edib:

    “Hərbi Hava Qüvvələrimiz qatil dəstələri və zirehli texnikanı hədəf aldı. Mən həmçinin Suriya ordusunun Baş Qərargah binasının də hədəf siyahısına daxil edilməsini əmr etdim”.

    Xatırladaq ki, 13 iyul tarixində Suriyanın Suveyda vilayətində ərəb qəbilələrinin döyüşçüləri ilə druz dəstələri arasında qarşıdurmalar baş verib. İyulun 15-də Suriya ordusu vilayətin inzibati mərkəzinə daxil olaraq, bölgədə sabitliyi təmin etmək üçün əməliyyatlara başlayıb. Ardınca İsrail, druz əhalisini qorumaq məqsədi ilə Suriyanın hərbi kolonlarını hədəfə almağa başladığını bəyan edərək hava hücumları həyata keçirməyə başlayıb.

    16 iyul tarixində İsrail Hərbi Hava Qüvvələri Dəməşq və onun ətrafındakı bir sıra strateji obyektlərə, o cümlədən Suriya ordusunun Baş Qərargah kompleksinə, Əbu-Rummana rayonundakı Prezident Sarayına və paytaxtın qərbində yerləşən Mezze hərbi hava bazasına hava zərbələri endirib. Bu zərbələr nəticəsində Suriya təhlükəsizlik qüvvələrinin beş əməkdaşı həlak olub.

    Məlumat üçün bildirək ki, druzlar – Suriya, Livan, İsrail və İordaniyada yaşayan, ərəb dilli və dini baxımdan özünəməxsus etnokonfessional qrupdur. Suriyada təxminən 700 min druz yaşayır ki, bu da kürdlər və ələvilərdən sonra ölkədəki üçüncü ən böyük dini-etnik azlıqdır.

    #İsrail #Benyamin Netanyahu #Suriya #Dəməşq #atəşkəs #hava hücumu #Druz #atəşkəs razılaşması #İsrailin hava hücumları #Suriyalı druzlar və İsrailin mövqeyi #Druz icması #druzlar #Suriya hava hücumları #İsrailin Suriya hava hücumları beynəlxalq reaksiyalar doğurubmu? #Suriya hökumətində druz və əlavi təmsilçiləri varmı? #İsrailin Suriya daxilində druz və kürdlərlə əlaqələri #Suveyda hadisələri #Suriya ordusu və druz icması #İsrail druz siyasəti #Suriyada druz liderləri #Qənavat druz icması #Süveyda druzlar #Suriya druzlarının siyasi mövqeyi #İsrail və druz siyasəti #Suriyada druzların bölünməsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Suriyadan İraqa köçürülən minlərlə İŞİD üzvü istintaqa cəlb edilib

    13 Fevral 2026 12:01

    Suriya Səudiyyə Ərəbistanı ilə münasibətlərin möhkəmliyini bir daha təsdiqlədi

    12 Fevral 2026 13:06

    İŞİD-in Suriya prezidentinə qarşı sui-qəsd planı ifşa edildi

    12 Fevral 2026 10:58

    ABŞ İranla bağlı ikinci aviadaşıyıcının Yaxın Şərqə göndərilməsini nəzərdən keçirir

    12 Fevral 2026 09:59

    ABŞ-ın Suriyadakı hərbi mövqelərində dəyişiklik

    12 Fevral 2026 09:24

    Səudiyyə Ərəbistanı və Suriya XİN rəhbərləri Suriyanın təhlükəsizliyi və iqtisadiyyatını müzakirə ediblər

    10 Fevral 2026 12:52

    Netanyahu Vaşinqtona yollanır - İsrail ABŞ-dan İranla daha geniş razılaşma tələb edir

    10 Fevral 2026 11:15

    Suriyanın şimal-qərbində sel fəlakəti: Ölənlər var

    9 Fevral 2026 09:43

    Qəzza üzrə Sülh Şurası iclasının mümkün tarixi açıqlandı

    7 Fevral 2026 17:36

    ABŞ qüvvələri Suriyanın Həsəkə bölgəsindəki Əl-Şəddadi bazasını tərk edir

    5 Fevral 2026 11:15

    Azərbaycan və İsrail elm sahəsində tərəfdaşlığını gücləndirir

    4 Fevral 2026 15:29

    Suriya ordusu Həsəkəyə daxil oldu

    2 Fevral 2026 17:20
    XƏBƏR LENTİ

    Yaşlanma hər il deyil, iki böyük dalğa ilə gəlir

    Yanvarda Yunanistandan Türkiyəyə 695 min ton yük çatdırılıb (ÖZƏL)

    İsrail ordusu Qəzzada atəşkəs rejimini növbəti dəfə pozub

    Fələstin xalqının məhvinə son qoyulmalıdır - Aİ

    ABŞ Cənub Komandanlığı Karib dənizində əməliyyat keçirdi

    Bu il “Məşğulluğa Dəstək Layihəsi”nin daha 250 benefisiarına biznesini genişləndirmək üçün əlavə dəstək veriləcək

    Avropanın iqtisadi və təhlükəsizlik problemlərində Pekin günahkar deyil - Çin

    Fransa bazarında Türkiyə tekstilinə tələbat zəifləyib (ÖZƏL)

    Bu gün Azərbaycan Hərbi Hava Qüvvələri Günüdür

    Ankarada cinayətkar qruplaşmaya qarşı əməliyyat: 23 nəfər həbs olunub

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.