Əsas səhifə » Pakistanda musson yağışları səbəbindən 20-dən çox insan həyatın itirib

Pakistanda musson yağışları səbəbindən 20-dən çox insan həyatın itirib

BAKI, AzerVoice

Pakistanda son 24 saatda daşqınlar nəticəsində 28 nəfər ölüb, 90 nəfər yaralanıb.

AzerVoice xəbər verir ki, bu barədə Pəncab Fəlakət İdarəetmə İdarəsinin (PDMA) sözçüsü Faruk Əhməd məlumat verib.

Pakistanda musson yağışlarının səbəb olduğu daşqınlarda son 24 saatda 28 nəfər ölüb, 90 nəfər yaralanıb.

O, eyni zamanda açıqlamasında dam və divarların çökməsi nəticəsində çoxlu sayda insanın öldüyünü qeyd edib.

Qeyd edək ki, hər il iyul-sentyabr ayları arasında Pakistanın bir çox şəhərlərinə təsir edən musson yağışları ölkədə yüzlərlə insanın ölümünə və maddi itkilərə səbəb olur.

Digər Kateqoriyalar

2025 © Azervoice