Əsas səhifə » Ukrayna prezidenti Zelenski çoxlu vətəndaşlıq üçün qanunu imzalayıb

Ukrayna prezidenti Zelenski çoxlu vətəndaşlıq üçün qanunu imzalayıb

BAKI, AzerVoice

Zelenski muzdlular üçün vətəndaşlıq verilməsini asanlaşdıran qanunu imzalayıb.

AzerVoice xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski ölkə vətəndaşlığının alınmasını asanlaşdıran və yeni hüquqi mexanizmləri müəyyən edən qanunu imzalayıb.

Yeni sənəd, xüsusilə Ukrayna tərəfdə döyüşən xarici muzdluların və Rusiyada yaşayan ukraynalıların hüquqi statusunu yenidən tənzimləyir.

Prezident Zelenski sosial media hesabında yayımladığı açıqlamada bildirib ki, imzaladığı “Çoxlu vətəndaşlıq haqqında” qanun bir neçə istiqaməti əhatə edir. Əsas yeniliklərdən biri – digər ölkələrin vətəndaşlarının Ukrayna pasportu alma prosesinin sadələşdirilməsidir. Bununla yanaşı, qanun Rusiyada yaşayan ukraynalıların, istəkləri əsasında, Ukrayna vətəndaşlığından çıxmalarına imkan yaradır.

Zelenski vurğulayıb ki, artıq çoxsaylı vətəndaşlığın tətbiq olunacağı ilk tərəfdaş ölkələrin müəyyən olunması prosesinə başlanılıb.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi fonunda minlərlə xarici döyüşçü Ukrayna ordusuna qoşulub. Yeni qanun həmin şəxslərə hüquqi status qazandırmağı və Ukrayna cəmiyyətinə inteqrasiyanı hədəfləyir.

Digər Kateqoriyalar

2025 © Azervoice