Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Baş xəbər

    Müharibə sonrası diplomatiya - İran ABŞ-la yeni danışıqlara açıqdır

    16 İyul 2025 20:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    İran mütəxəssisləri ABŞ-ın inamsız mövqeyinə baxmayaraq diplomatiyanın vacibliyini vurğulayırlar.

    AzerVoice xəbər verir ki, İranlı ekspertlər ABŞ və İsrailin son hərbi hücumlarına baxmayaraq, problemin həlli üçün diplomatik kanalların açıq qalmasının vacibliyini bildirirlər.

    Onların fikrincə, diplomatiya çəkindirici güclə birlikdə tətbiq olunmalı və regionda müharibə riskinin artması ehtimalı diqqətlə nəzərdən keçirilməlidir.

    İsrailin iyunun 13-də İrana endirdiyi zərbələr nəticəsində Baş Qərargah rəisi, nüvə alimləri və çoxsaylı mülki şəxslər həlak olub. Buna cavab olaraq İran yüzlərlə ballistik raketlə 21 mərhələli əks-hücum həyata keçirib və bu hücumlarda Təl-Əviv və Hayfa hədəfə alınıb. İran bu hadisələri ABŞ-ın dəstəyi ilə baş tutmuş hücum kimi qiymətləndirir və bunun qlobal nüvə təhlükəsizliyi mexanizminə zərbə vurduğunu bildirir.

    ABŞ-ın hücumları bununla bitməyib – iyunun 22-də İranın üç nüvə obyektinə daha bir zərbə endirilib. İran isə ertəsi gün Qətərdə yerləşən ABŞ bazasına raket hücumu ilə cavab verib.

    İyunun 24-də ABŞ prezidenti Donald Tramp İran və İsrail arasında atəşkəsin tətbiq olunduğunu elan edib. İsrail hücumları dayandırdığını bəyan etdikdən sonra İran da əks-hücumlarını dayandırıb. Ardınca Tramp nüvə danışıqlarına yenidən başlamağa və Tehranın zənginləşdirmə fəaliyyətini tam dayandıracaq yeni razılaşma əldə etməyə çalışdıqlarını açıqlayıb. İran isə bu tələblə razılaşmayacağını və zənginləşdirmə fəaliyyətini dayandırmaq niyyətində olmadığını bildirib.

    ABŞ-İran münasibətlərinin bu gərgin mərhələsində Tehranda diplomatiyanın davam etdirilməsinin mümkün olub-olmayacağı ilə bağlı daxili müzakirələr də başlayıb. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi ictimai qəzəbin yüksək olduğunu və bu səbəbdən diplomatiyadan danışmağın çətinləşdiyini bildirib. Nazir müavini Səid Xətibzadə isə danışıqlar üçün minimum etimadın vacib olduğunu, lakin son hadisələrin bu inamı sarsıtdığını deyib.

    Prezident Məsud Pezeşkian danışıqların davam etdirilməsinin tərəfdarı olduğunu, ali rəhbərin baş müşaviri Əli Əkbər Vilayəti isə İranın ilkin şərtsiz dialoqa açıq olduğunu, lakin zənginləşdirmə fəaliyyətinin dayandırılması kimi şərtlərin prosesə mane ola biləcəyini deyib.

    Tehran İslami Azad Universitetinin müəllimi Həmid Ruşençeşm diplomatiyanın heç zaman bitmədiyini vurğulayaraq qeyd edib ki, "müharibə və sülh eyni medalın iki üzüdür və hər ikisi uyğun zamanda tətbiq olunur". O, tərəflər arasında daha bir məhdud müharibənin mümkünlüyünü istisna etməyib və Avropa ölkələrinin BMT sanksiyalarını bərpa edə biləcək “snapback mexanizmi”ni işə sala biləcəyini bildirib.

    Beynəlxalq münasibətlər üzrə ekspert Saman Niyazi isə İran daxilində danışıqlar prosesinə qarşı ehtiyatlı yanaşmaların olduğunu, lakin ölkənin ümumi xarici siyasətində fikir ayrılığı olmadığını deyib. Onun sözlərinə görə, İran diplomatiyanı həm dini, həm də milli məsuliyyət kimi görür, lakin müharibə qaydalarına da bələddir və hər iki yanaşmanı zərurət olduqda paralel şəkildə tətbiq etməyə qadirdir.

    İsrailin atəşkəsə sadiq qalacağına dair əminliyin olmadığını deyən Niyazi, Təl-Əvivin bölgədəki gərginlikdən qidalandığını və İranın daxildən çökməsi ilə bağlı planların uğursuzluğa düçar olduğunu bildirib.

    Qeyd edək ki, İranla ABŞ arasında 2015-ci ildə imzalanan Nüvə Razılaşması (JCPOA) 2018-ci ildə ABŞ-ın razılaşmadan birtərəfli çıxması ilə pozulub. Bu tarixdən sonra tərəflər arasında gərginlik artıb və danışıqlar zaman-zaman dayanıb. Hazırkı gərginlik fonunda dialoqun bərpası istiqamətində atılacaq addımlar diqqətlə izlənilir.

    #İran #ABŞ #Təl-Əviv #İsrail və İran gərginliyi #ABŞ-İsrail ortaq strategiyası #İran İsrail münasibətləri #İran-İsrail gərginliyi #İran-İsrail qarşıdurması
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrail Qəzzaya yardım əvəzinə cips və şokolad göndərir

    7 Noyabr 2025 04:00

    Sudanda atəşkəs elan edildi

    7 Noyabr 2025 02:00

    Ceyhun Bayramov NATO nümayəndə heyəti ilə görüşüb

    6 Noyabr 2025 18:34

    İran, Çin və Rusiya səfirləri Vyanada nüvə məsələsi üzrə üçtərəfli görüş keçirib

    6 Noyabr 2025 12:28

    ABŞ-ın Qəzza ilə bağlı BMT qətnamə layihəsinə Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ dəstək verib

    6 Noyabr 2025 09:38

    C5+1 formatı Azərbaycanla birlikdə C6 formatına çevrilməlidir - Riçard Hoqland

    5 Noyabr 2025 20:17

    İran nüvə müfəttişləri ilə əməkdaşlığı gücləndirməlidir - Qrossi

    5 Noyabr 2025 12:25

    İran müharibə istəmir, amma hər hansı təxribatın cavabı sərt olacaq - Pezeşkian

    4 Noyabr 2025 14:59

    ABŞ-dan İraq-Türkiyə su əməkdaşlığına dəstək

    4 Noyabr 2025 11:46

    Qəzza atəşkəsinin monitorinqi çətindir - ABŞ Milli Kəşfiyyat Direktoru

    4 Noyabr 2025 09:39

    Həsən Ruhani parlament və dövlət televiziyasını qaralama kampaniyasında ittiham etdi

    4 Noyabr 2025 09:24

    ABŞ-də hökümət üzvləri təhlükəsizlik səbəbilə hərbi bazalara köçürülüb

    3 Noyabr 2025 19:23
    Demo
    XƏBƏR LENTİ

    Yuxuda zürafə görmək

    Qazaxıstan “İbrahim Razılaşmalarına” qoşulacaq - Tramp

    Beynəlxalq sabitlik qüvvələri çox yaxın vaxtda Qəzzəyə yerləşdiriləcək - Tramp

    Yuxuda səhabə görmək

    BMT Təhlükəsizlik Şurası Suriya Prezidenti və daxili işlər nazirinə qarşı sanksiyaları ləğv edib

    İsrail Qəzzaya yardım əvəzinə cips və şokolad göndərir

    Sudanda atəşkəs elan edildi

    Bu gün ABŞ siyasətində iki Afrika əsilli amerikalı ilkə imza atdı

    Tarixdə bu gün - 7 noyabr

    44 günlük Vətən müharibəsinin xronikası: 7 noyabr

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.