Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    Britaniyada 22 QHT höküməti İsrailə dəstək verən şirkətlərə qarşı tədbirlər görməyə çağırıb

    27 Avqust 2025 18:37
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Səməd Əyyubov

    Böyük Britaniyada 22 qeyri-hökumət təşkilatı (QHT) hökuməti Qəzzadakı mülki əhalinin soyqırımında iştirak edən şirkətlərə qarşı tədbir görməyə çağırıb.

    AzerVoice xəbər verir ki, bununla bağlı aralarında "Amnesty International" və Silah Ticarətinə Qarşı Kampaniyanın (CAAT) da olduğu 22 QHT Qəzzaya dair birgə bəyanat yayıb.

    Bəyanatda Böyük Britaniya hökumətindən İsrailin Qəzzada həyata keçirdiyi soyqırımdan mənfəət götürən şirkətlərə qarşı sanksiya tətbiq etməsi tələb olunub.

    Vurğulanıb ki, insan hüquqları standartlarına əməl edən hər bir şirkət İsrail işğalı ilə əlaqəsini kəsməlidir. Eyni zamanda, Böyük Britaniyanın İsraillə ticarət əlaqələrinə icazə verməsinin regiondakı iqtisadiyyatı gücləndirdiyi və işğala töhfə verdiyi qeyd edilib.

    QHT-lər hökumətə İsrailə silah embarqosu tətbiq etmək, Fələstin torpaqlarına məskunlaşan israillilərlə ticarəti qadağan etmək, İsraillə mövcud ticarət sazişini dayandırmaq və Böyük Britaniya şirkətlərinin rəhbərlərini beynəlxalq humanitar hüququn pozulmasına görə məsuliyyətə cəlb etmək çağırışı ediblər.

    Bəyanatda ittihamların hədəfində İsrailə silah tədarük edən "BAE Systems" şirkəti, "Barclays" Bankı, Edinburq Universiteti, həmçinin London Birjasında fəaliyyət göstərən "Airbnb", "Amazon", "Blackrock" və "Palantir" kimi şirkətlərin olduğu bildirilib.

    Məsələ ilə bağlı Böyük Britaniya hökumətinin sözçüsü isə açıqlamasında Qəzzada mülki insanların öldürülməsinin qəbuledilməz olduğunu vurğulayıb.

    “Böyük Britaniya müharibənin qarşısını almağın yeganə yolu kimi dərhal atəşkəs çağırışını davam etdirir” - deyə, o bildirib. O həmçinin ölkənin İsraillə azad ticarət sazişi üzrə danışıqları dayandırdığını və ötən ilin sentyabrında İsrailə verilən 30 silah ixrac lisenziyasının ləğv edildiyini xatırladıb.

    Qeyd edək ki, hazırda Qəzza zolağında vəziyyət gərgin olaraq qalır. İsrail ordusunun hücumları davam edir və bölgədə humanitar vəziyyət getdikcə ağırlaşır.

    #Qəzza #İsrail #Qəzza zolağı #Böyük Britaniya #sanksiya #şirkətlər #Qəzza hücumu #Qəzza münaqişəsi #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Qəzzada humanitar böhran #Qəzzanın işğalı #Qəzza böhranı və Qərbin mövqeyi #Amnesty İnternational
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu artırır

    14 Fevral 2026 15:50

    İsrail ordusu Qəzzada atəşkəs rejimini növbəti dəfə pozub

    14 Fevral 2026 12:38

    Fələstin xalqının məhvinə son qoyulmalıdır - Aİ

    14 Fevral 2026 12:00

    Avropanın iqtisadi və təhlükəsizlik problemlərində Pekin günahkar deyil - Çin

    14 Fevral 2026 10:49

    NATO Qrenlandiyada mövqeyini gücləndirir

    12 Fevral 2026 10:38

    Starmer, Mançester Yunated rəhbərinin miqrasiya ilə bağlı fikirlərini qınayıb

    12 Fevral 2026 09:43

    İsrailin Qərb Sahilində addımları beynəlxalq hüquqa ziddir - BMT

    11 Fevral 2026 12:46

    İndoneziya Qəzzaya ordu göndərir: 8 minədək hərbçi hazırlıqlara başlayıb

    10 Fevral 2026 14:37

    Qəzzada atəşkəs dövründə 573 nəfər həlak olub

    10 Fevral 2026 14:23

    Netanyahu Vaşinqtona yollanır - İsrail ABŞ-dan İranla daha geniş razılaşma tələb edir

    10 Fevral 2026 11:15

    İordan çayının qərb sahilində iqtisadi çöküş: 100 min fələstinli işsiz və ac qalıb

    10 Fevral 2026 10:17

    Türkiyə və müttəfiqlərindən ortaq bəyanat: İsrailin qanunsuz qərarları beynəlxalq hüquqa ziddir

    9 Fevral 2026 15:31
    XƏBƏR LENTİ

    Yanvarda Diyarbəkir aeroportunda uçuş və yük göstəriciləri geriləyib (ÖZƏL)

    Türkiyə mebel ixracında Rusiya bazarı zəifləyib (ÖZƏL)

    Prezident İlham Əliyev Serbiyaya rəsmi səfərə gəlib

    Yanvar ayında Türkiyədən Misirə avtomobil ixracı 17 milyon dolları keçib (ÖZƏL)

    Yanvarda Trabzon Hava Limanı 254 mindən çox sərnişin qəbul edib (ÖZƏL)

    Türkiyənin Fransaya sement satışı geriləyib (ÖZƏL)

    Mifologiyadan rəqəmsal dünyaya uzanan satanizm simvolu

    Misirdən Türkiyəyə 1 milyondan çox ton yük daşınıb (ÖZƏL)

    FHN-də WUF13-lə bağlı hazırlıq toplantısı keçirildi

    İslamda ruhun mahiyyəti: Quran və hədislər işığında sirlər

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.