Əsas səhifə » Suriyada silahlı toqquşma baş verib - Ölənlər var

Suriyada silahlı toqquşma baş verib - Ölənlər var

BAKI, AzerVoice

Suriyanın Əs-Süveyda vilayətində ərəb tayfalarından olan silahlılarla dürzilərin özünümüdafiə qüvvələri arasında silahlı toqquşma baş verib.

AzerVoice xəbər verir ki, bu barədə "Al Watan" qəzeti məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində ən azı 30 nəfər həlak olub, 100-dən çox insan yaralanıb.

Nazirlik bildirib ki, zorakılığın təhlükəli şəkildə artması bölgədəki təhlükəsizlik boşluğu və yerli administrasiyanın problemləri həll etmək iqtidarında olmaması ilə bağlıdır. Bu səbəbdən Suriya hakimiyyəti ölkənin cənubuna təhlükəsizlik qüvvələrinin xüsusi bölmələrini göndərib. Onlara bölgədəki vəziyyəti sabitləşdirmək barədə göstəriş verilib. Nazirlik Əs-Süveyda əhalisini dövlət orqanları ilə əməkdaşlıq etməyə və qarşıdurmaların tezliklə dayandırılmasına, qanun və asayişin bərpasına yardım göstərməyə çağırıb.

Daha əvvəl dürzi icmasının şeyxləri iki uşağın ölümü ilə nəticələnən hücumları pisləmiş və mülki barışın qorunması naminə atəşkəs tələb etmişdilər. Onların yaydığı bəyanatda Suriyanın keçid hökumətinin silahlı dəstələrin hücumlarının qarşısını almalı və Dəməşq–Əs-Süveyda magistral yolunda təhlükəsizliyi təmin etməli olduğu bildirilib.

Məlumat üçün bildirək ki, Dürzilər – ərəb dilində danışan, etno-konfessional icmadır. Onların əsas yaşayış məskənləri Suriya, Livan, İsrail və İordaniyada yerləşir. Suriyada təxminən 700 min dürzi yaşayır və onlar kürdlər və ələvilərdən sonra ölkədəki üçüncü ən böyük dini-etnik azlıq hesab olunurlar. Mayın 1-də dürzilərin yaşadığı Cəramanə və Sahnaya ətrafında atəşkəs razılaşması əldə olunmuşdu. Həmin toqquşmalarda 20 təhlükəsizlik qüvvəsi əməkdaşı ölmüşdü.həlak olmuşdu

Digər Kateqoriyalar

2025 © Azervoice