Əsas səhifə » Britaniyada kiçik təyyarə qəzaya uğrayıb

Britaniyada kiçik təyyarə qəzaya uğrayıb

BAKI, AzerVoice

Londonun yaxınlığında yerləşən Soutend hava limanından qalxan kiçik təyyarə qəzaya uğrayıb.

AzerVoice xəbər verir ki, bu barədə "The Daily Mail" yazır.

Bu, Niderlandın Lelistad şəhərinə uçmalı olan "Beechcraft King Air B200" tipli biznes reysi olub.

Təyyarə yerli vaxtla saat 15:45-də havaya qalxmalı idi. İki mühərrikli turbovint təyyarədə neçə nəfərin olduğu dəqiqləşdirilməyib. Bu tip təyyarələri adətən 1–2 pilot idarə edir və maksimum 13 sərnişin daşıya bilir.

Təyyarə qalxışdan sonra hava limanının uçuş-enmə zolağından çox uzaqlaşmayıb. Nəşr yazır ki, təyyarə saatda təxminən 200 km sürətlə havaya qalxıb, cəmi 5 metr yüksəldikdən sonra yerə çırpılıb.

Hadisə nəticəsində Soutend hava limanından bazar axşamı həyata keçirilməli olan dörd reys ləğv edilib. Həmçinin, Soutendə enməli olan iki təyyarə digər London hava limanları – Getvik və Stanstedə yönləndirilib.

Digər Kateqoriyalar

2025 © Azervoice