Əsas səhifə » Yaponiya Çinin Təhdidlərinə Qarşı Yeni Hərbi Baza Açdı

Yaponiya Çinin Təhdidlərinə Qarşı Yeni Hərbi Baza Açdı

BAKI, AzerVoice

Yaponiya hökuməti, Çinin artan hərbi fəalliyyəti fonunda ölkənin cənub-qərb adalarının müdafiə qabiliyyətini gücləndirmək məqsədilə Saga prefekturasında yeni hərbi baza açıldığını elan edib.

AzerVoice xəbər verir ki, Yaponiya Quru Özünümüdafiə Qüvvələrinin (GSDF) yaydığı bəyanata görə, yeni baza xüsusilə fövqəladə hallarda hərbi birləşmələrin və avadanlıqların sürətli daşınmasını təmin etmək üçün nəzərdə tutulub.

Açıqlamada bildirilib ki, bazada ABŞ istehsalı olan "Osprey" tipli hərbi nəqliyyat təyyarələri yerləşdiriləcək. Artıq ilk təyyarə bazaya gətirilib və fəaliyyətə hazır vəziyyətədir.

GSDF-nin məlumatına əsasən, bazada ilkin mərhələdə təxminən 420 hərbçi xidmət göstərəcək. Avqust ayının ortalarına qədər ümumilikdə 17 hərbi təyyarənin bu bazaya köçürülməsi planlaşdırılır.

Yeni bazanın açılması, Yaponiyanın xüsusilə Tayvan boğazı və Şərqi Çin dənizi ətrafında geosiyasi gərginliyin artdığı bir dövrdə regional təhlükəsizlik tədbirlərini gücləndirmək cəhdləri çərçivəsində atılmış addım kimi dəyərləndirilir.

Digər Kateqoriyalar

2025 © Azervoice