Əsas səhifə » Avropada ilin ən isti günləri yaşanr

Avropada ilin ən isti günləri yaşanr

BAKI, AzerVoice

Avropada +40 dərəcəlik isti dalğası nəticəsində 4 nəfər ölüb, fövqəladə tədbirlər görülür.

AzerVoice xəbər verir ki, Avropanı bürüyən intensiv istilər nəticəsində Fransa və İtaliyada ümumilikdə dörd nəfər həyatını itirib.

Portuqaliya, İspaniya, Fransa və İtaliya kimi ölkələrdə temperatur 40 dərəcə Selsini keçib, hökumətlər fövqəladə tədbirlər tətbiq edib.

Fransada meteoroloji qurum Paris də daxil olmaqla 16 şəhərdə qırmızı, 68 şəhərdə isə narıncı xəbərdarlıq elan edib. İsti hava səbəbindən 1900-dən çox məktəb bağlanıb, Parisdə Eyfel qülləsinin yuxarı mərtəbəsi ziyarətçilər üçün müvəqqəti bağlanıb. Həmçinin Tarn-et-Qaronna əyalətindəki atom elektrik stansiyasında reaktorun fəaliyyəti dayandırılıb.

İtaliyada iki fəhlə Viçenza yaxınlığında isti səbəbilə həyatını itirib. Bir nəfər isə komaya düşüb. İsti saatlarda açıq havada işləmək qadağan edilib. 18 şəhərdə qırmızı xəbərdarlıq verilib. Florensiya və Berqamoda yüksək temperatur və elektrik istifadəsi səbəbindən enerji kəsintiləri baş verib.

İspaniyada Barselona şəhəri 1914-cü ildən bəri ən isti iyun ayını yaşayır. Ay ərzində orta temperatur 26 dərəcə olaraq qeydə alınıb, maksimum göstərici isə iyunun 30-da 37,9 dərəcə təşkil edib.

Qeyd edək ki, Avropa ölkələri günvurma, istilik böhranı və yanğın təhlükəsinə qarşı səhiyyə, təhsil və enerji sistemlərində fövqəladə rejimlər tətbiq etməyə başlayıb.

Digər Kateqoriyalar

2025 © Azervoice