Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    Aİ İsrailin Qəzzada hərbi əməliyyata başlamasını şərh etməyə hazır deyil - Kallas

    29 Avqust 2025 18:16
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Səməd Əyyubov

    Avropa İttifaqı (Aİ) İsrailin Qəzza zolağında genişmiqyaslı hərbi əməliyyata başlaması qərarını şərh etməyə hazır olmadığını açıqlayıb.

    AzerVoice xəbər verir ki, bu barədə Aİ-nin ali diplomatik nümayəndəsi Kaya Kallas Kopenhagendə keçirilən Aİ-nin qeyri-rəsmi nazirlər görüşünün ilk gününün yekunlarına dair mətbuat konfransında danışıb.

    “Biz bu barədə indi məlumat aldıq. Hazırda bunu şərh etməyə hazır deyiləm” – deyə, Kallas bildirib.

    Xatırladaq ki, iyulun sonunda İsrail ordusu Qəzza şəhərində və digər bölgələrdə hər gün “taktiki hərbi fəaliyyətin dayandırılması” barədə qərar elan etmişdi. Məqsəd BMT və qeyri-hökumət təşkilatlarının (QHT) karvanlarının təhlükəsiz hərəkətini təmin etmək idi.

    İsrail ordusu isə cümə günü bəyan edib ki, “humanitar səylərə dəstək verməyə davam edəcək, eyni zamanda quru manevrlərini və terror təşkilatlarına qarşı əməliyyatlarını da sürdürəcək.”

    Qəzza Mülki Müdafiə Xidməti cümə günü açıqlama yayaraq, səhər saatlarından etibarən zolaqda 33 nəfərin həlak olduğunu bildirib.

    Beynəlxalq və yerli təzyiqlərin müharibəni dayandırmaq çağırışlarına baxmayaraq, İsrail ordusu cümə axşamı bildirib ki, qüvvələri “Qəzza zolağının bütün ərazilərində əməliyyatlarını davam etdirir.”

    Çərşənbə günü isə ordunun başqa bir açıqlamasında Qəzza şəhərinin sakinlərinin köçürülməsinin “qaçılmaz” olduğu vurğulanmışdı. Avqustun əvvəlində İsrail hökuməti şəhərə tam nəzarəti ələ keçirmək planını təsdiqləmişdi.

    #Qəzza #İsrail #Avropa #Qəzza zolağı #BMT #Avropa İttifaqı #Avropa İttifaqı (Aİ) #İsrail ordusu #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Qəzza müharibəsi #Qəzza blokadası #Qəzzanın işğalı #Kaya Kallas
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu artırır

    14 Fevral 2026 15:50

    İsrail ordusu Qəzzada atəşkəs rejimini növbəti dəfə pozub

    14 Fevral 2026 12:38

    Fələstin xalqının məhvinə son qoyulmalıdır - Aİ

    14 Fevral 2026 12:00

    “Merlər Razılaşması – Şərq Tərəfdaşlığı” təşəbbüsü Naxçıvanda enerji səmərəliliyi barədə məlumatlılığı artırır

    13 Fevral 2026 14:05

    BMT maliyyə böhranı təhlükəsi ilə üz-üzə qalıb

    13 Fevral 2026 12:43

    İŞİD-in Suriya prezidentinə qarşı sui-qəsd planı ifşa edildi

    12 Fevral 2026 10:58

    NATO Qrenlandiyada mövqeyini gücləndirir

    12 Fevral 2026 10:38

    Elm bərabərliklə güclənir, qızların elmdə yolu açılmalıdır - Mətanət Ağamirli

    11 Fevral 2026 17:21

    İsrailin Qərb Sahilində addımları beynəlxalq hüquqa ziddir - BMT

    11 Fevral 2026 12:46

    İndoneziya Qəzzaya ordu göndərir: 8 minədək hərbçi hazırlıqlara başlayıb

    10 Fevral 2026 14:37

    Qəzzada atəşkəs dövründə 573 nəfər həlak olub

    10 Fevral 2026 14:23

    Netanyahu Vaşinqtona yollanır - İsrail ABŞ-dan İranla daha geniş razılaşma tələb edir

    10 Fevral 2026 11:15
    XƏBƏR LENTİ

    Yanvarda Trabzon Hava Limanı 254 mindən çox sərnişin qəbul edib (ÖZƏL)

    Türkiyənin Fransaya sement satışı geriləyib (ÖZƏL)

    Mifologiyadan rəqəmsal dünyaya uzanan satanizm simvolu

    Misirdən Türkiyəyə 1 milyondan çox ton yük daşınıb (ÖZƏL)

    FHN-də WUF13-lə bağlı hazırlıq toplantısı keçirildi

    İslamda ruhun mahiyyəti: Quran və hədislər işığında sirlər

    Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Almaniyaya səfərindən görüntülər paylaşılıb

    Prezident İlham Əliyev: Dost ölkə və etibarlı strateji tərəfdaşımız olan Serbiya ilə münasibətlərimizin hazırkı səviyyəsi məmnunluq doğurur

    Prezident İlham Əliyev Aleksandar Vuçiçə təbrik məktubu ünvanlayıb

    Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirdiyi görüşlərlə bağlı paylaşım edilib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.