Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Gündəm

    Avropa ölkələrində havanın temperaturu rekord həddə yüksəlib

    30 İyun 2025 20:40
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Avropa ölkələrində rekord istilər qeydə alınıb.

    AzerVoice-un məlumatına görə, İspaniya, Portuqaliya, İtaliya və Fransada temperatur rekord həddə çatıb. Belçika və Hollandiyada isə sabah və çərşənbə günü havanın 38 dərəcəyə yüksələcəyi barədə xəbərdarlıq edilib.

    Xüsusilə İspaniya, Portuqaliya və Fransada dünəndən istilər pik həddə çatıb. İspaniyanın Huelva şəhərində temperatur 46 dərəcəyə yüksəlib. Portuqaliyada isə 1950-ci illərdən bu yana ən yüksək temperatur müşahidə olunub. Paytaxt Lissabon yaxınlığındakı Mora bölgəsində istilik 46,6 dərəcəyə çatıb.

    İtaliyada müşahidə olunan yüksək istilər meşə yanğınlarının artmasına səbəb olub. Roma, Milan, Florensiya və Verona daxil olmaqla 17 bölgədə meşə yanğınları və yüksək temperatur səbəbilə qırmızı xəbərdarlıq elan edilib.

    Fransada isə 95 vilayətdən 84-də hava istiliyi 40 dərəcəni keçdiyi üçün narıncı xəbərdarlıq səviyyəsinə keçilib. Gözlənilir ki, yüksək temperatur həftənin ortasına qədər davam edəcək. Bu səbəblə bəzi bölgələrdə məktəblər bazar ertəsi, çərşənbə axşamı və çərşənbə günləri bağlanıb.

    Cənubi Avropa ölkələrini bürüyən istilərin bu gündən etibarən şimala doğru irəliləyərək Belçika və Hollandiyada da təsirini göstərəcəyi proqnozlaşdırılır. Sakinlərə zəruri olmadıqca çölə çıxmamaq, bol maye qəbul etmək və xüsusilə körpələr və yaşlılara qarşı ehtiyatlı olmaq tövsiyə olunub.

    Belçika Kraliyət Meteorologiya İnstitutunun (IRM) xəbərdarlığına əsasən, Belçikada çərşənbə axşamı havanın 36–37 dərəcə, çərşənbə günü isə 37–38 dərəcə olacağı gözlənilir. Açıqlamada yüksək rütubətlə birləşəcək bu temperaturun tənəffüs və ürək xəstələri üçün ciddi təhlükə yaratdığı vurğulanıb və ölkədə narıncı xəbərdarlıq səviyyəsinə keçiləcəyi bildirilib.

    #Fransa #İtaliya #İspaniya #Belçika #Portuqaliya #isti hava #istiləşmə #isti hava şəraiti #temperatur rekordu
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyədən Fransaya kimyəvi maddə ixracı 716 milyon dolları keçib (ÖZƏL)

    14 Dekabr 2025 10:00

    Trampın xüsusi nümayəndəsi Ukrayna və Avropa liderləri ilə görüşəcək

    13 Dekabr 2025 14:42

    La Liqada ən bahalı futbolçuların adı məlum olub

    13 Dekabr 2025 14:41

    Türkiyədən Fransaya mebel ixracı 224 milyon dolları keçib (ÖZƏL)

    13 Dekabr 2025 12:46

    Azərbaycan nefti bahalaşıb

    13 Dekabr 2025 11:03

    Mbappe, Holand və Yamal dünyanın ən bahalı futbolçuları siyahısında

    13 Dekabr 2025 09:33

    Türkiyədən Fransaya tekstil ixracı azalıb (ÖZƏL)

    11 Dekabr 2025 12:36

    Türkiyədən Fransaya elektrik avadanlıqları ixracı cüzi artıb (ÖZƏL)

    10 Dekabr 2025 16:54

    Avropa ölkəsi Çinə ultimatum verib

    8 Dekabr 2025 17:46

    Türkiyədən Fransaya sement ixracı azalıb (ÖZƏL)

    7 Dekabr 2025 11:00

    Makron Zelenski ilə telefon danışığı aparıb

    7 Dekabr 2025 10:00

    "Barselona" səfər matçına itkilərlə çıxacaq

    6 Dekabr 2025 15:11
    Demo
    XƏBƏR LENTİ

    Super Liqa 16-cı tur: Fənərbağça Konyasporu qəbul edir

    Çin nümayəndə heyəti Azərbaycana səfər edib

    Türkiyədən Qazaxıstana avtomobil ixracı 94 milyon dolları keçib (ÖZƏL)

    Türkiyə Sudanda BMT-nin logistika mərkəzinə edilən hücumu pisləyib

    Bu gün Ümumdünya Türk Dili Ailəsi günüdür

    Adil Kərimli UNAOC Dostlar Qrupunun Yüksək Səviyyəli Görüşündə çıxış edib

    Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç karvanı yola salınıb

    Türkiyə limanları 58 mindən çox gəmi qəbul edib (ÖZƏL)

    Bu gün ABŞ İraqdakı müharibənin başa çatdığını elan etdi

    Tarixdə bu gün – 15 Dekabr

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.