BAKI, AzerVoice
Yekaterinburqda qətlə yetirilən Hüseyn və Ziyəddin Səfərov qardaşlarının nəşi "Ural Airlines" şirkətinə məxsus təyyarə ilə Bakıya gətirilib.
AzerVoice xəbər verir ki, meyitlər yenidən tibbi ekspertizaya göndəriləcək.
Qeyd edək ki, iyunun 27-də səhər saat 5 radələrində FSB əməkdaşları Yekaterinburq şəhərinin müxtəlif ünvanlarında yaşayan, Rusiya vətəndaşları, əslən Azərbaycanın Ağdam rayonundan olan Səfərovlar ailəsinin yaşadığı ünvanlarda əməliyyat keçirib. FSB əməkdaşlarının mənzillərə basqını zamanı Ziyəddin və Hüseyn Səfərov qardaşları qətlə yetirilib, döyülmə nəticəsində 8 nəfər, o cümlədən Səfərovların qardaşı Bakir Səfərov müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Əlavə edək ki, meyitlərin təhvil verilməsi prosesinə iyunun 30-da səhər saatlarında başlanılıb.