Əsas səhifə » Pakistanda hərbi konvoya hücum olub

Pakistanda hərbi konvoya hücum olub

BAKI, AzerVoice

Pakistanda hərbi konvoya qarşı hücum həyata keçirilib.

AzerVoice xəbər verir ki, Pakistanın Əfqanıstanla sərhədində yerləşən Şimali Vəziristan bölgəsində partlayıcı maddə ilə yüklü avtomobilin Pakistan hərbi konvoyuna çırpılması nəticəsində azı 13 əsgər həyatını itirib.

Əfqanıstanla sərhəddə yerləşən Şimali Vəziristan bölgəsinin Mir Ali qəsəbəsində partlayıcı ilə dolu avtomobilin Pakistan hərbi konvoyuna çırpılması nəticəsində azı 13 əsgər həlak olub, 10 əsgər isə yaralanıb.

Pakistan mənbələrinə görə, ağır yaralılar hava yolu ilə hərbi xəstəxanaya çatdırılıb.

Qəsəbə sakinlərinin bildirdiyinə görə, partlayış ətrafdakı evlərin şüşələrinin sınmasına, bəzi dam örtüklərinin isə çökməsinə səbəb olub.

Qeyd edək ki, hazırkı vaxta qədər hücuma görə məsuliyyəti üzərinə götürən olmayıb.

Digər Kateqoriyalar

2025 © Azervoice