Əsas səhifə » Kennedinin ölümünün arxasında İsrail ola bilər - ABŞ konqresmeni

Kennedinin ölümünün arxasında İsrail ola bilər - ABŞ konqresmeni

BAKI, AzerVoice

Kennedinin qətlinin arxasında İsrail ola bilər.

AzerVoice xəbər verir ki, ABŞ-ın Respublikaçı konqresmeni Marjorie Taylor Greene keçmiş prezident Con Kennedinin qətli ilə bağlı iddia səsləndirib.

O bildirib ki, Kennedinin İsrailin nüvə proqramına qarşı çıxışı onun həyatına son qoyan səbəb ola bilər.

Greene sosial media platforması X-dəki paylaşımında “Amerika xalqı tərəfindən sevilən böyük bir prezident vardı. O, İsrailin nüvə proqramına qarşı çıxdı və sonra sui-qəsd edildi” sözlərini yazıb. O, eyni zamanda, bu iddiaları irəli sürdüyü üçün öz təhlükəsizliyindən narahat olduğunu da bildirib.

Konqresmen həmçinin ABŞ-ın İrandakı nüvə obyektlərinə hücumlarına etiraz edərək, ölkəsinin "xarici maraqlar" naminə müharibələrə cəlb olunduğunu və bu siyasətin ABŞ əsgərlərinə ağır təsir etdiyini qeyd edib.

Qeyd edək ki, ABŞ-ın 35-ci prezidenti Con Kennedi 1963-cü ildə Texas ştatının Dallas şəhərində sui-qəsd nəticəsində öldürülüb. Rəsmi araşdırmalar cinayətin Li Harvi Osvald tərəfindən törədildiyini göstərsə də, illərdir Kennedinin ölümü ilə bağlı müxtəlif nəzəriyyələr gündəmdədir. Kennedi prezidentliyi dövründə İsrailin nüvə proqramı ilə bağlı narahatlığını açıq şəkildə ifadə etmiş və İsrail hökumətindən şəffaflıq tələb etmişdi.

Digər Kateqoriyalar

2025 © Azervoice