BAKI, AzerVoice
Biz müharibəni qazandıq.
AzerVoice xəbər verir ki, İranın ali dini lideri Ayətullah Əli Xamenei 13 günlük sükutdan sonra ilk dəfə danışaraq, ABŞ və İsraillə müharibədə İranın qalib gəldiyini bəyan edib.
86 yaşlı dini lider sığınacaqda keçirdiyi müddətdən sonra yayımladığı videomesajda ABŞ-ın İrana hücumlarını nəticəsiz adlandırıb və “Amerikaya sillə vurduq, müharibəni qazandıq” ifadələrindən istifadə edib. Xamenei bildirib ki, ABŞ bu qarşıdurmaya birbaşa qoşulub, lakin heç bir üstünlük əldə etməyib.
O, ABŞ-ın Qətərdəki Əl-Udeid hərbi bazasına hücum etdiklərini və bu əməliyyatın ciddi nəticələr doğurduğunu qeyd edib: “Əgər təkrar hücum olsa, cavab daha ağır olacaq.”
Nüvə obyektlərinə edilən zərbələrin ciddi ziyan vurmadığını deyən Xamenei ABŞ prezidenti Donald Trampı faktları şişirtməkdə ittiham edib və İranın nüvə proqramının bəhanə olduğunu, əsas məqsədin Tehranı təslim etdirmək olduğunu vurğulayıb.
Qeyd edək ki, Ayətullah Xameneinin son çıxışı, İsrail və ABŞ-ın hücumları fonunda 13 gündür səssizliyə bürünmüş və onun sağ olub-olmaması ilə bağlı yayılan şayiələrə cavab kimi dəyərləndirilir.