Əsas səhifə » Papa XIV Leo dünya lidelərini məsuliyyətli olmağa çağırıb

Papa XIV Leo dünya lidelərini məsuliyyətli olmağa çağırıb

BAKI, AzerVoice

Roma Papası XIV Leo, Yaxın Şərqdə artan gərginlikdən dərin narahatlığını ifadə edib və dünya liderlərini məsuliyyətli olmağa çağırıb.

AzerVoice xəbər verir ki, bu barədə Pontifik Müqəddəs Pyotr Meydanında bazar günü duasından sonra etdiyi müraciətində deyib.

“Yaxın Şərqdən, xüsusən İrandan narahatedici xəbərlər gəlir. Bu dramatik ssenaridə – İsrail və Fələstinə də aid olan bir vəziyyətdə əhalinin, xüsusilə Qəzzada və digər ərazilərdə əziyyət çəkdiyini görürük. Orada humanitar yardıma ciddi ehtiyac var. Bu gün sülh çağırışı əvvəlkindən daha gur səslənir – insanlıq məsuliyyət və sağlam düşüncə tələb edir. Bu səs silahlarla və alovlandırıcı ritorika ilə susdurulmamalıdır. Hər bir rəhbər mənəvi məsuliyyət daşıyır. Müharibənin faciəsini geri dönməz nöqtəyə çatmadan dayandırmaq lazımdır” - deyə, Roma Papası bildirib.

“Müharibə heç bir problemi həll etmir, əksinə xalqların tarixində dərin yaralar açır. Heç bir silahlı qələbə anaların kədərini, uşaqların qorxusunu və oğurlanmış gələcəyi sağalda bilməz. Diplomatiya silahlardan üstün tutulmalıdır. Gələcək sülh içində qurulmalıdır, zorakılıq və güclə yox” - deyə, o əlavə edib.

Digər Kateqoriyalar

2025 © Azervoice