BAKI, AzerVoice, Fərid Mikayılov
Avtomobil Sənayesi Dərnəyi (OSD) 2025-ci ilin yanvar-avqust dövrünə dair istehsal, ixracat və bazar göstəricilərini açıqlayıb.
AzerVoice xəbər verir ki, hesabata əsasən, avtomobil ixracatı ötən ilin eyni dövrü ilə müqayisədə 7 faiz artaraq 682 min 743 ədəd, dəyər baxımından isə 26,1 milyard dollar olub.
Bununla sektor, Türkiyənin ümumi ixracatında 17 faiz payla lider mövqeyini qoruyub.
Cari ilin ilk 8 ayında ümumi avtomobil istehsalı 4 faiz artaraq 908 min 238 ədəd təşkil edib. Bununla yanaşı, avtomobil istehsalı 1 faiz azalaraq 564 min 482 ədəd olub.
Ticarət avtomobillərinin istehsalı 13 faiz, yüngül ticarət vasitələrinin istehsalı isə 15 faiz artıb.
İstehsalda güc istifadə səviyyəsi yüngül avtomobillərdə 65 faiz olaraq qeydə alınıb.
Sənayenin ümumi ixracatı 26,1 milyard dollarla sabit liderlik nümayiş etdirib.
Avtomobil ixracatı ədəd baxımından 6 faiz azalmasına baxmayaraq, pul ifadəsində 11 faiz artaraq 7,5 milyard dollar olub.
Ticarət avtomobili ixracatı isə 29 faiz artım göstərərək sektorda önə çıxıb.
OSD-nin məlumatına görə, yanvar-avqust aylarında daxili bazarda satışlar da artıb. Ümumi satışlar 7 faiz yüksələrək 844 min 761 ədədə çatıb.
- Avtomobil bazarında yerli istehsalın payı 29 faiz,
- Yüngül ticarət vasitələrində 20 faiz,
- Ağır ticarət vasitələri bazarında isə 10 faiz azalma qeydə alınıb.