BAKI, AzerVoice
Türkiyənin müdafiə naziri NATO çərçivəsində bolqar və rumıniyalı həmkarları ilə görüşüb.
AzerVoice xəbər verir ki, Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər NATO Müdafiə Nazirləri Toplantısı çərçivəsində Bolqarıstanın müdafiə naziri Atanas Zapryanov və Rumıniyanın müdafiə naziri Angel Tilvar ilə üçtərəfli görüş keçirib.
Nazirliyin sosial media hesabında verilən məlumata görə, görüş
NATO Müdafiə Nazirləri Toplantısının ikinci günü baş tutub. Görüşdə
tərəflər regional təhlükəsizlik məsələlərini və müdafiə sahəsində
əməkdaşlığı müzakirə ediblər.
Paylaşıma görüşdən fotolar da əlavə olunub.
Qeyd edək ki, NATO Müdafiə Nazirləri Toplantısı təşkilatın kollektiv müdafiə strategiyalarının və regional təhlükəsizlik məsələlərinin müzakirə olunduğu yüksək səviyyəli platformadır.
Millî Savunma Bakanı Yaşar Güler, NATO Savunma Bakanları Toplantısı’nın ikinci gününde temaslara devam ediyor. Bakan Yaşar Güler, Bulgaristan Savunma Bakanı Atanas Zapryanov ve Romanya Savunma Bakanı Angel Tilvar ile üçlü toplantı gerçekleştirdi.#MillîSavunmaBakanlığı… pic.twitter.com/6735DopOdX
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) June 5, 2025