Əsas səhifə » Rumıniyanın yeni seçilmiş prezidenti Polşada prezident namizədinə dəstək yürüşündə iştirak edib

Rumıniyanın yeni seçilmiş prezidenti Polşada prezident namizədinə dəstək yürüşündə iştirak edib

BAKI, AzerVoice

Rumıniyanın yeni seçilmiş prezidenti Nikuşor Dan, Polşada prezidentliyə namizəd Rafal Tşaskovskiyə dəstək yürüşündə iştirak edib.

AzerVoice xəbər verir ki, yürüş Varşavanın mərkəzində keçirilib.

“Bizimlə birlikdə xüsusi bir qonaq var – Rumıniyanın yeni seçilmiş prezidenti Nikuşor Dan. O, necə qalib gəlmək lazım olduğunu göstərdi” - deyə, Tşaskovski bildirib.

Nikuşor Dan isə vurğulayıb ki, “bir həftə əvvəl Rumıniya qalib gəldi, gələn həftə Polşa qalib gələcək.”

Varşavada minlərlə insanın qatıldığı yürüşlər, Polşada prezident seçkilərinin ikinci turuna yüksəlmiş namizədlərə – Rafal Tşaskovski və müxalif “Hüquq və Ədalət” partiyasını təmsil edən Karol Navrotskiyə dəstək məqsədilə keçirilir. Seçkilərin ikinci turu iyunun 1-də baş tutacaq.

Qeyd edək ki, mayın 18-də Rumıniyada keçirilən prezident seçkilərində müstəqil namizəd Nikuşor Dan qalib gəlib. 100 faiz bülletenlərin işlənməsindən sonra Dan 53,60 faiz səs toplayaraq prezident seçilib.

Digər Kateqoriyalar

2025 © Azervoice