Əsas səhifə » Rumıniya və ABŞ-nin SpaceX şirkəti arasında tərəfdaşlıq qurulub

Rumıniya və ABŞ-nin SpaceX şirkəti arasında tərəfdaşlıq qurulub

BAKI, AzerVoice

Rumıniya və ABŞ-nin SpaceX şirkəti yeni peyk texnologiyalarının hazırlanması sahəsində tərəfdaşlıq qurublar.

AzerVoice xəbər verir ki, bu barədə Rumıniyanın baş naziri Marçel Çolaku məlumat verib.

“Mən məmnunam ki, biz İlon Maska məxsus Amerikanın aparıcı şirkəti SpaceX ilə yeni peyk texnologiyalarının hazırlanması sahəsində tərəfdaşıq. Şirkətin Rumıniyada keçirdiyi uğurlu sınaqlardan sonra bu tərəfdaşlıq artıq yeni mərhələyə keçib” – deyə, baş nazir hökumət iclasında bildirib.

Çolaku bildirib ki, Rumıniya və SpaceX qeyri-geostasionar orbitlərdə fəaliyyət göstərən yeni peyklərin hazırlanması üzərində işləyəcəklər. Öz növbəsində, SpaceX-in prezidenti Qvinn Şotuell qeyd edib ki, şirkətin Rumıniya ilə əməkdaşlığı ölkədə həqiqətən yüksək sürətli genişzolaqlı internetin tətbiqinə kömək edəcək.

Xatırladaq ki, keçən ilin oktyabr ayında Rumıniya Müdafiə Nazirliyi və SpaceX qeyri-geostasionar orbitlərdə fəaliyyət göstərən peyklərin ilk sınağını həyata keçirmişdi.

Digər Kateqoriyalar

2025 © Azervoice