BAKI, AzerVoice
Brüsseldə NATO Parlament Sədrlərinin Sammiti işə başlayıb .
AzerVoice xəbər verir ki, Belçikanın
paytaxtı Brüsseldə NATO Parlament Assambleyasının təşkilatçılığı
ilə NATO Parlament Sədrlərinin Sammiti öz işinə başlayıb.
Sammitdə Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan
Kurtulmuş da iştirak edir.
Tədbir Belçika Nümayəndələr Palatasında keçirilib. Sammit öncəsi Belçika Nümayəndələr Palatasının sədri Peter De Ruver, Belçika Senatının sədri Vinsent Blondel, NATO PA-nın sədri Markos Perestrello və digər yüksək səviyyəli rəsmilər iştirakçıları qarşılayıblar.
Açılış sessiyası Perestrello, De Ruver və Blondelin çıxışları ilə başlayıb. Toplantı NATO-nun gələcəyi, parlament diplomatiyasının rolu və beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsi baxımından əhəmiyyətli platforma kimi qiymətləndirilir.
Türkiyə nümayəndə heyətində AK Partiyanın Antalya millət vəkili Mövlud Çavuşoğlu, Afyonkarahisar millət vəkili Əli Özkaya, NATO PA-nın xəzinədarı Fahri Özkaya, Türkiyənin NATO-dakı daimi nümayəndəsi səfir Basat Öztürk və digər rəsmi şəxslər də yer alır.
Qeyd edək ki, NATO Parlament Assambleyası 1949-cu ildə qurulmuş NATO-nun qanunverici qolu kimi çıxış edir və üzv ölkələrin parlamentləri arasında təhlükəsizlik və müdafiə məsələlərində koordinasiyanı gücləndirməyi hədəfləyir.