Əsas səhifə » İsrailin hücumlarına son qoyulmazsa, müharibə daha da şiddətlənəcək - Pezeşkian

İsrailin hücumlarına son qoyulmazsa, müharibə daha da şiddətlənəcək - Pezeşkian

BAKI, AzerVoice

İran Prezidenti Məsud Pəzəşkiyan bildirib ki, regionda müharibənin sona çatmasının yeganə yolu İsrailin qeyd-şərtsiz şəkildə hücumlarını dayandırması və siyonist qüvvələrin təxribatçı addımlarına son qoyulması üçün qəti təminat verilməsidir.

AzerVoice xəbər verir ki, Pezeşkiyan bu fikirləri sosial media platforması X üzərindən yayımladığı paylaşımda qeyd edib.

“Biz hər zaman sülh və sabitlikdən yana olmuşuq. Ancaq bu gün bizə qarşı dayatılan müharibənin bitməsi üçün düşmən qeyd-şərtsiz hücumlarını dərhal dayandırmalı və siyonist terrorçuların macərapərəst addımlarına əbədi son verilməsinə dair qəti təminat təqdim etməlidir. Əks halda cavabımız daha sərt və peşmanedici olacaq” – deyə prezident bildirib.

Xatırladaq ki, 13 iyun tarixində İsrail İranın müxtəlif şəhərlərində yerləşən nüvə obyektlərinə və ordunun yüksək rütbəli komandanlığına qarşı genişmiqyaslı hücumlar həyata keçirib.

Hücum nəticəsində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, SEPAH-ın baş komandanı və bir neçə yüksək vəzifəli zabit, həmçinin doqquz nüvə alimi həyatını itirib.

İran Səhiyyə Nazirliyinin 15 iyun tarixli məlumatına əsasən, İsrailin hava zərbələri nəticəsində 224 mülki şəxs həlak olub, 1277-dən çox insan isə yaralanıb.

İranın cavab zərbəsi zamanı İsrail ərazisinə balistik raketlərlə hücum təşkil edilib. İran mediasının məlumatına görə, bu hücum nəticəsində İsraildə 25 nəfər ölüb, 500-dən çox insan yaralanıb.

Digər Kateqoriyalar

2025 © Azervoice