Əsas səhifə » Bütün addımlar milli birliyin qorunmasına yönəlməlidir - Pezeşkian

Bütün addımlar milli birliyin qorunmasına yönəlməlidir - Pezeşkian

BAKI, AzerVoice

İran Prezidenti Məsud Pezeşkiyan bildirib ki, xalqla hökumət arasında birlik olduğu təqdirdə, heç bir xarici təhdid ölkəyə zərər verə bilməz.

AzerVoice xəbər verir ki, Prezidentin rəsmi saytının yaydığı məlumata görə, Pezeşkiyan bu fikirləri Nazirlər Kabinetinin iclasında səsləndirib və milli birliyə çağırış edib.

“Əgər xalq bizimlə bir olarsa, heç bir problem ölkəni təhdid edə bilməz. Bu səbəbdən atılacaq bütün addımlar milli birliyin qorunması istiqamətində olmalıdır,” – deyə o vurğulayıb.

İran Prezidenti, İsrailin son hücumları zamanı başda qonşu ölkələr olmaqla, müxtəlif ölkələrin nümayiş etdirdiyi həmrəyliyə və yardım təkliflərinə görə təşəkkürünü ifadə edib.

Toplantının sonunda Prezident Pezeşkiyan bütün rəsmiləri təhlükəsizlik və qorunma prinsiplərinə maksimum diqqət yetirməyə və aidiyyəti orqanların göstərişlərinə uyğun hərəkət etməyə çağırıb.

Qeyd edək ki, iyunun 13-də İsrail İranın müxtəlif şəhərlərindəki nüvə obyektlərinə, eləcə də ordunun yüksək komandanlığına qarşı irimiqyaslı hücumlara başlayıb.

Hücumlarda İranın Baş Qərargah rəisi, İnqilab Keşikçiləri Korpusunun Baş Komandanı, bəzi yüksək səviyyəli komandirlər və 9 nüvə alimi həlak olduğu halda, mülki itkilərin ümumi sayının 224 olduğu açıqlanıb.

İran ordusunun İsrailə ballistik raketlərlə cavab verməsi nəticəsində 24 nəfərin öldüyü, 500-dən çox insanın yaralandığı bildirilib.

Başda Türkiyə olmaqla bir çox ölkə İsraili qınayıb.

Digər Kateqoriyalar

2025 © Azervoice