Əsas səhifə » Nüvə obyektlərimizdə vəziyyət yaxşıdır - İran

Nüvə obyektlərimizdə vəziyyət yaxşıdır - İran

BAKI,AzerVoice

İran Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami ölkədəki nüvə obyektlərinin vəziyyətinin sabit və təhlükəsiz olduğunu bəyan edib.

AzerVoice xəbər verir ki, o bildirib ki, son hücumlara baxmayaraq, obyektlərdə çalışanların mənəvi durumu yüksək olaraq qalır.

Qeyd edək ki, bir neçə gün əvvəl İran Atom Enerjisi Təşkilatının sözçüsü Bəhrüz Kəmalvəndi İsrailin Fordo şəhərində yerləşən nüvə obyektinə hücum zamanı az miqdarda texniki zərər yarandığını bildirib. O, İsfahandakı Natanz nüvə obyektində isə radioaktiv sızmanın yalnız müəssisə daxilində qaldığını, ətraf mühitə yayılmadığını açıqlayıb.

13 iyun tarixində İsrail İranın müxtəlif şəhərlərində yerləşən strateji hədəflərə, o cümlədən nüvə obyektlərinə və silahlı qüvvələrin yüksək komandanlıq strukturuna qarşı genişmiqyaslı hücumlar həyata keçirib.

Bu hücumlar nəticəsində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, SEPAH-ın baş komandanı və digər yüksək rütbəli şəxslərlə yanaşı, 9 nüvə alimi həlak olub. Ümumilikdə isə 224 mülki vətəndaşın həyatını itirdiyi bildirilib.

İran isə cavab olaraq İsrailə ballistik raketlərlə zərbələr endirib. Bu hücumlar nəticəsində İsraildə 24 nəfər ölüb, 500-dən çox insan yaralanıb.

Digər Kateqoriyalar

2025 © Azervoice