Əsas səhifə » Avropa İttifaqı daxilində İsrailə dəstəyə etirazlar – Von der Leyen tənqid olunur

Avropa İttifaqı daxilində İsrailə dəstəyə etirazlar – Von der Leyen tənqid olunur

BAKI,AzerVoice

Avropa İttifaqının (Aİ) bir sıra üzv dövlətləri Avropa Komissiyasının sədri Ursula von der Leyeni İsrailə birtərəfli dəstəyə görə kəskin tənqid ediblər.

AzerVoice xəbər verir ki, tənqidlər von der Leyenin İsrailin baş naziri Benyamin Netanyahuya zəng etməsi və onun hərbi əməliyyatlarını müdafiə etməsi ilə bağlıdır.

Avropalı diplomatların sözlərinə görə, von der Leyenin mövqeyi Aİ daxilində razılaşdırılmayıb və bu, təşkilatın yekdil siyasətinə ziddir.

Aİ-nin yalnız 10-15 üzvü İsrailə açıq dəstək ifadə edib. Bu isə İttifaq daxilində İsrailə münasibətdə ciddi fikir ayrılıqlarının olduğunu göstərir.

Avropa diplomatiyasının rəhbəri Kaya Kallas da von der Leyenin “özünümüdafiə hüququ” ilə bağlı açıqlamasını dəstəkləməyib və tərəfləri danışıqlar yolu ilə həllə çağırıb.

Qeyd edək ki, bundan əvvəl İspaniyanın xarici işlər naziri Xose Manuel Albarez Aİ-ni Yaxın Şərqdə artan gərginlik səbəbindən İsrailə silah ixracına embarqo tətbiq etməyə çağırıb. O, eyni zamanda, İranın nüvə proqramı ilə bağlı danışıqların bərpasını da təklif edib.

Digər Kateqoriyalar

2025 © Azervoice