Əsas səhifə » “X” sosial şəbəkəsi Nyu-York qanununa qarşı çıxır

“X” sosial şəbəkəsi Nyu-York qanununa qarşı çıxır

BAKI, AzerVoice

İlon Maskın “X” platforması Nyu-York ştatını məhkəməyə verir.

AzerVoice xəbər verir ki, milyarder İlon Maskın sahibi olduğu “X” sosial media platforması, nifrət nitqinə dair hesabatların təqdim olunmasını tələb edən yeni qanuna görə Nyu-York ştatını məhkəməyə verib.

X şirkəti 2024-cü ilin dekabrında qüvvəyə minmiş qanunun ifadə azadlığı hüququnu pozduğunu bildirərək, ABŞ-ın Nyu-York Cənub Dairə Məhkəməsində iddia qaldırıb. Məhkəməyə təqdim edilən sənəddə qeyd olunub ki, qanun dövlətin sosial media platformalarının məzmun monitorinqi siyasətinə müdaxilə etməsinə şərait yaradır və bu, açıq və məhsuldar müzakirə mühitini təhlükəyə atır.

Şirkət hesab edir ki, platformaların hansı məzmunu nəzarətdə saxladığına dair hesabat tələb etmək ifadə azadlığına ziddir və ictimai debatlara mənfi təsir göstərir.

Qeyd edək ki, X platforması 2024-cü ildə Kaliforniya ştatında oxşar qanuna qarşı da məhkəmə iddiası qaldırmış və nəticədə bu tələblər ləğv edilmişdi.

Digər Kateqoriyalar

2025 © Azervoice