BAKI, AzerVoice
Ukraynanın sülh üzrə memorandumunu qəbul etmişik.
AzerVoice xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin müşaviri və İstanbul danışıqlarında Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski Ukrayna tərəfindən təqdim olunan sülhə dair memorandumun alındığını bildirib.
Medinski bu barədə Russia Today kanalına açıqlamasında danışıb. O qeyd edib ki, sənəd həm Ukrayna, həm də İngilis dillərində təqdim olunub və bu onlar üçün heç bir problem törətmir. “Rusiya nümayəndə heyəti daha əvvəl Ukraynadan sülh yolu ilə həllə dair memorandum variantını almışdı” - deyə o qeyd edib.
Medinski, sənədin əsas məqamlarının artıq Qərb mətbuatında yayımlandığını da diqqətə çatdırıb.
Qeyd edək ki, Vladimir Medinskinin rəhbərlik etdiyi nümayəndə heyəti İstanbulda keçirilən danışıqlarda iştirak edir. O bildirib ki, Rusiya bu gün Ukraynadakı münaqişənin həlli ilə bağlı öz rəsmi mövqeyini açıqlayacaq.