Əsas səhifə » Polşanın yeni prezidenti məlum olub

Polşanın yeni prezidenti məlum olub

BAKI, AzerVoice

Polşada keçirilən prezident seçkilərinin qalibi mühafizəkar namizəd Karol Navroçki olub.

AzerVoice xəbər verir ki, o, liberal Varşava meri Rafal Trzaskovski üzərində cüzi fərqlə (50,89 faiz səs) qələbə qazanıb.

Beləliklə, Navroçki, avqustun 6-da ikinci və sonuncu prezidentlik müddəti başa çatan indiki prezident Ancey Dudanın yerinə keçəcək.

Polşa siyasi sistemində icra hakimiyyəti əsasən parlament tərəfindən təyin edilən baş nazirin əlində cəmləşsə də, prezident vəzifəsi xarici siyasətə təsir etmək və qanunvericiliyi veto etmək səlahiyyətlərinə malikdir.

Digər Kateqoriyalar

2025 © Azervoice