Əsas səhifə » İsrail ordusu Livanın cənubunda Hizbullah üzvünü qətlə yetirib

İsrail ordusu Livanın cənubunda Hizbullah üzvünü qətlə yetirib

BAKI, AzerVoice

İsrail ordusu Livanın cənubunda yerləşən Hizbullahın tank əleyhinə qüvvələrinin döyüşçüsünü qətlə yetirib.

AzerVoice xəbər verir ki, bu barədə ordunun verdiyi məlumatda deyilir.

Məlumata görə, əməliyyat Livanın cənubundakı Arnuna bölgəsində həyata keçirilib.

Qeyd edək ki, noyabrın 27-də qüvvəyə minən atəşkəsə baxmayaraq, İsrail Livana hücumlarını davam etdirir. Bu atəşkəs, iki ay davam edən müharibə də daxil olmaqla, Hizbullahla bir ildən artıq müddətdə davam edən münaqişəyə son qoymuşdu. Münaqişədən sonra Hizbullah xeyli zəifləyib.

Digər Kateqoriyalar

2025 © Azervoice