35
BAKI, AzerVoice
Rusiya ABŞ Prezidenti Donald Trampın verdiyi bəyanatları diqqətlə izləyir və onlara təmkinlə yanaşır.
AzerVoice xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.
“Əlbəttə ki, biz Trampın dediyi hər sözə, etdiyi hər vurğuya diqqətlə baxırıq. Amma biz təmkinlə cavab verməliyik. Bizim üçün ən vacib olan milli maraqlarımızdır və bu maraqlar çərçivəsində Rusiya-ABŞ ikitərəfli münasibətlərinin bərpasını davam etdirməkdir” - deyə, Peskov bildirib.