BAKI, AzerVoice
ABŞ prezidenti Donald Tramp Harvard Universitetinə qarşı sərt addım atacağını açıqlayıb.
AzerVoice xəbər verir ki, Tramp antisemitizmdə günahlandırdığı Harvard Universitetinin maliyyə vəsaitindən 3 milyard dolların kəsilərək ölkədəki biznes məktəblərinə yönləndiriləcəyini bildirib.
Sosial media hesabında açıqlama verən Tramp “Mən Harvarddan çox antisemit olan 3 milyard dollarlıq qrant pulunu götürüb bütün ölkədəki biznes məktəblərinə vermək niyyətindəyəm”, – deyə bildirib. O, bu məbləğin ABŞ üçün böyük bir investisiya olacağını vurğulayıb və ölkənin bu cür vəsaitə ehtiyacı olduğunu əlavə edib.
Qeyd edək ki, Tramp və bəzi Respublikaçılar antisemitizmə qarşı mübarizə adı ilə bir sıra aparıcı universitetlərə, o cümlədən Harvard və Kolumbiya Universitetlərinə qarşı tənqid və təzyiqləri artırıblar. Bu addımlar ali təhsil müəssisələri ilə Ağ Ev arasında gərginliyi daha da dərinləşdirib.