BAKI, AzerVoice
Putin İstanbuldakı danışıqlar barədə davamlı şəkildə məlumatlandırılır.
AzerVoice xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Rusiya ilə Ukrayna arasında İstanbulda keçirilən sülh danışıqlarının prezident Vladimir Putin tərəfindən yaxından izlənildiyini bildirib.
Peskov qeyd edib ki, prezident Putin danışıqlar prosesinə dair bütün məlumatları onlayn rejimdə alır. “İstanbuldakı nümayəndə heyətimiz Putinə davamlı hesabat verir. Bütün gözlər bu danışıqların necə inkişaf etdiyini izləyir” - deyə o bildirib.
O, həmçinin Rusiya və ABŞ prezidentləri arasında mümkün təmaslara toxunaraq , “Ukrayna, ikitərəfli və beynəlxalq məsələlər, eləcə də regional problemlərin həlli baxımından Putin və Tramp arasındakı əlaqələr son dərəcə əhəmiyyətlidir. Amma bu cür görüşlər ciddi hazırlıq tələb edir” - deyə qeyd edib.
Qeyd edək ki, İstanbulda Rusiya, Ukrayna və Türkiyə nümayəndə heyətlərinin iştirakı ilə üçtərəfli danışıqlar keçirilir. Kreml bu prosesi müsbət qiymətləndirir və birbaşa danışıqların başlanacağına ümid bəsləyir.