25
BAKI, AzerVoice
Rusiya Qərbin Ukraynaya zaman qazandırmaq üçün atəşkəs istədiyini bildirir.
AzerVoice xəbər verir ki, Rusiya
Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Qərb ölkələrinin
Ukrayna ordusuna fürsət vermək üçün 30 günlük atəşkəs tələb
etdiyini açıqlayıb.
Onun sözlərinə görə, Almaniya və Fransa bu atəşkəslə Ukraynaya
hərbi imkanlarını bərpa etmək imkanı yaratmaq istəyirlər. Zaxarova
qeyd edib ki, keçmişdə də Minsk razılaşmaları yalnız vaxt udmaq
məqsədi daşıyırdı və indi də oxşar ssenari təkrarlanır.
Qeyd edək ki, İstanbulda keçiriləcək sülh sammiti öncəsi beynəlxalq aləmdə atəşkəslə bağlı təzyiqlər artır. Moskva isə bu təşəbbüslərin arxasında Ukraynanın müharibəyə hazırlıq planlarının dayandığını bildirir.