BAKI, AzerVoice
Pakistan ordusu bu gün Cammu və Kəşmirin Hindistanın nəzarəti altında olan hissəsində mühüm hərbi obyektlərə, xüsusilə də sursat anbarlarına hücum edib.
AzerVoice xəbər verir ki, bu barədə Asian News International (ANI) agentliyi məlumat yayıb.
Məlumata əsasən, bölgədə çoxsaylı partlayış səsləri eşidilib. Pakistan ordusunun Axnur, Samba, Baramulla və Kupvara bölgələrində hədəfləri vurduğu və bu ərazilərdə sirenlərin səsləndiyi bildirilib.
Hindistan hava hücumundan müdafiə sisteminin Pakistanın hücumlarına cavab verdiyi qeyd olunub. Lakin həm Hindistan, həm də Pakistan rəsmiləri hələlik bu hücumlara dair rəsmi açıqlama verməyib.