Əsas səhifə » Sudanda yanacaq anbarlarına hücum edilib

Sudanda yanacaq anbarlarına hücum edilib

BAKI, AzerVoice

Sudanın müvəqqəti inzibati paytaxtı olan Port Sudan şəhərində yerləşən ölkənin ən böyük yanacaq anbarlarında terror aktı baş verib.

AzerVoice xəbər verir ki, bu haqda Sudanın Energetika Nazirliyinin verdiyi açıqlamada deyilir.

Açıqlamada bildirilib ki, hücum nəticəsində əvvəlcə kerosin (neft) anbarlarında başlayan yanğın daha sonra yanacaqla dolu digər anbarlara da yayılıb. Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Hücumda indiyədək insan itkisi qeydə alınmayıb.

“Bu hücum Sudanın daxilində mülki obyektləri hədəfə alan, vətəndaşların həyatını birbaşa təhdid edən cinayətkarların qaranlıq dosyesinə əlavə olunur” - deyə, açıqlamada qeyd olunub.

Digər Kateqoriyalar

2025 © Azervoice