Əsas səhifə » Filippində avtomobil hava limanının binasına çırpılıb

Filippində avtomobil hava limanının binasına çırpılıb

BAKI, AzerVoice

Filippinin paytaxtı Manilada bir minik avtomobili Ninoy Akino adına beynəlxalq hava limanının binasına çırpılıb.

AzerVoice xəbər verir ki, bu barədə ABS-CBN News telekanalı məlumat yayıb.

Məlumata əsasən, "Ford Everest" markalı avtomobilin sürücüsü sərnişinini düşürdükdən sonra qəfil qarşısına çıxan digər nəqliyyat vasitəsinə reaksiya verərkən idarəetməni itirib, qaz və tormoz pedallarını səhv salaraq avtomobili hava limanının birinci terminalının girişindəki divara çırpıb. Hadisə nəticəsində iki nəfər, o cümlədən beş yaşlı bir qız uşağı həlak olub.

Filippinin nəqliyyat naziri Vivensio Dizon insidentə dair açıqlamasında bildirib ki, xəsarət alan şəxslərə hazırda tibbi yardım göstərilir. Hadisəyə səbəb olan sürücü polis tərəfindən saxlanılıb.

Polis hadisənin başvermə səbəblərini araşdırır. Hava limanının fəaliyyətində hər hansı məhdudiyyətin tətbiq olunduğuna dair məlumat verilməyib.

Digər Kateqoriyalar

2025 © Azervoice