7
BAKI, AzerVoice
ABŞ müdafiə naziri Pit Heqsetin, ABŞ prezidenti Donald Trampın Yaxın Şərq səfərindən əvvəl İsrailə səfər etməyi planlaşdırır.
AzerVoice xəbər verir ki, bu barədə Axios portalı məlumat yayıb.
Məlumata görə, Heqsetin İsrailə mayın 12-də gəlməsi gözlənilir. Müdafiə naziri burada İsrailin müdafiə naziri İsrael Kats və baş nazir Binyamin Netanyahuyla görüşlər keçirməyi planlaşdırır. Daha sonra onun Trampın Yaxın Şərq turuna qoşulması nəzərdə tutulur.
Qeyd edək ki, Ağ Ev daha əvvəl Trampın 13–16 may tarixlərində Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ-ni əhatə edən Yaxın Şərq səfəri edəcəyini açıqlamışdı.