Əsas səhifə » Azərbaycanın pravoslav icması Rusiya ilə dövlətlərarası münasibətlərdə mühüm amildir - Prezident İlham Əliyev

Azərbaycanın pravoslav icması Rusiya ilə dövlətlərarası münasibətlərdə mühüm amildir - Prezident İlham Əliyev

BAKI, AzerVoice

Azərbaycanın pravoslav icması Rusiya ilə dövlətlərarası münasibətlərdə mühüm amildir

AzerVoice xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill ilə görüşündə deyib.

"Biz ənənəvi olaraq bir-birimizə böyük rəğbət, hörmət, qarşılıqlı dəstək göstəririk və şadam ki, xalqlarımız arasında möhkəm əlaqələr dövlətlərarası münasibətlərin bu cür bünövrəsini təşkil edir. Əlbəttə, Azərbaycanın pravoslav icması dövlətlərarası münasibətlərin mühüm amilidir. Əminəm ki, bizim hamımız kimi, onlar da Sizin gəlişinizə çox sevinəcəklər. Sizinlə bu məsələ ətrafında fikir mübadiləsi apardığımız kimi, Azərbaycanda konfessiyalararası və millətlərarası sülh və anlaşma, qarşılıqlı dəstək hökm sürür. Bu, ölkələrimizin dayanıqlı inkişafının mühüm amilidir. Çünki əks halda, heç bir inkişafdan söhbət gedə bilməz. Çox şadıq ki, rus icmasının nümayəndələri olaraq pravoslav icması ölkəmizin inkişafında, onun suverenliyinin və ərazi bütövlüyünün təmin olunmasında fəal iştirak edir, bütövlükdə Azərbaycanda yaşayan çoxsaylı xalqların bütün digər nümayəndələri ilə birlikdə ölkəmizin ümumi inkişafına böyük töhfə verir", - deyə Prezident İlham Əliyev bildirib.

Digər Kateqoriyalar

2025 © Azervoice